|
| Sual yaz |
|
| 18.09.2020 |
| Nigar Rehimova |
| Sual: Salam, eger magazalar edv geri qaytarmaq ucun cekleri teqdim etmirlerse, soruwanda bizde yoxdu o ceklerden, verilmir deyiller.ele magazalar(marketler)ola biler ki onlar yeni nesil nezaret kassalardan istifade etmesinler ve muwderilere cekler teqdim etmesinler? |
| Cavab: Ola bilər.195-1 zəng edin |
|
|
|
|
| 18.09.2020 |
| Aqil Əsgərov |
| Sual: Salam..su filtiri satan şirket dünen aparat quraşdırdılar..biz bu gün onu qaytara bilərikmi? |
| Cavab: Bəli istifadə olunmayıbsa 14 gün müddətində qaytara bilərsiniz |
|
|
|
|
| 12.09.2020 |
| Aydin Aliyev |
| Sual: Salam,dunen men kompyuter aksesuari almisdim,acib isletdim uyğun gelmedi,umumi gorunuşunede hec bir zərər dəymiyib.Qanunda isə 15maddə 1bənddə yazılıbki deyişdirmək olar qaytarmaq haqqinda hec bir şey yazılmıyıb və 2bənddə yazılıbki əgər deyişdirilməyə uyğun mal olmadiqda qaytarmaq olar.Zehmet olmasa mənim sualimi cavablandirarsiz,coxsaqolun |
| Cavab: Mal işlənməyibsə,kassa çeki qalırsa qaytara bilərsiniz. |
|
|
|
|
| 12.09.2020 |
| KREDIT Claudia Klein |
| Sual: Salam və Spotlight Global Financial Services-ə xoş gəlmisiniz, adım Claudia Klein, borc verən və maliyyə məsləhətçisiyəm.Maliyyə möhkəmləndirilməsinə çox ehtiyacınız var? Müxtəlif məqsədlər üçün bir kreditə ehtiyacınız var? cavabınız bəli olarsa, firma ilə |. vasitəsi ilə əlaqə saxlamağınızı tövsiyə edəcəyəm spotlightglobalservices@gmail.com | və ya WhatsApp-da bizə mesaj göndərin: +4915758108767 | və 24 saat ərzində hesabınızda bir borc var, çünki bütün dünyada əla kredit xidmətləri göstəririk.Hər növ kredit xidmətləri (Şəxsi Kredit, İşgüzar Kredit və daha çox) təklif edirik, həm uzunmüddətli, həm də qısamüddətli borc təklif edirik, eyni zamanda 15 milyon avroya qədər borc ala bilərsiniz. Şirkətim, geniş bir çeşidli kredit məhsulları ilə müxtəlif hədəflərə çatmağa kömək edəcəkdir.Qanuni bir kredit almaq həmişə böyük bir problem olduğunu bilirik ki, maddi problemi olan və bunun həllinə ehtiyacı olan insanlar üçün bir çox insan yüksək faiz səbəbindən yerli banklarından və ya digər maliyyə təşkilatlarından kapital krediti almağı çətinləşdirir. faiz, kafi təminat, borc ilə gəlirə nisbət, aşağı kredit puanı və ya digər səbəblər.Artıq gözləmə vaxtı və ya stresli bank ziyarətləri yoxdur. Xidmətimiz 724 mövcuddur - bir kredit ala və əməliyyatlara ehtiyac duyduğunuz yerdə və hər yerdə tamamlaya bilərsiniz.24 Saat Dünya Sınıfı kredit xidmətləri təqdim edirik. Sorğular suallar üçün? - E-poçt göndərin | spotlightglobalservices@gmail.com | və ya WhatsApp-da bizə mesaj göndərin: +4915758108767 |Ailəniz, dostlarınız və həmkarlarınız nağdsız olduğunuzu bilməyinizə ehtiyac yoxdur, sadəcə bizə yazın və borc alacaqsınız.Maddi azadlığınız sizin əlinizdədir! |
| Cavab: Təşəkkür edirəm.Bizim borc və ya kreditə ehtiyacımız yoxdur! |
|
|
|
|
| 11.09.2020 |
| Heybət Mahmudov |
| Sual: Salam.Bagişlayin narahat elədim köməyinizə ehtiyacım var.10.09.2020 gecə sat 22:30 da su filteri götürmüşəm ilkin ödəniş eləməmişəm indi qaytarmaq istəyirəm bu mümkündürmü? Məlumat verərdiz zəhmət olmasa |
| Cavab: Mal işlənməyibsə 14 gün müddətində dəyişə və ya qaytara bilərsiniz |
|
|
|
|
| 10.09.2020 |
| Təranə Orucova |
| Sual: Mover Şirkəti bizim xəbərimiz olmadan bizim adımıza mal gətirib Türkiyədən. Deyir ki, ləğv edin. Deyir ləğv edə bilmərik artıq yola çıxıb. Bizim gətirmədiyimiz mal gömrükdə bizim adımıza sənədləşəcək. Bu halda nə etməliyik? |
| Cavab: Sual bizə air deyil.Məsləhət 195-2 telfonuna zəng edin nazirlikdən məsləhət alın. |
|
|
|
|
| 08.09.2020 |
| Rövşən Məmmədov |
| Sual: 19 avqust 2020-ci il tarixdə xalçaları yuduzdurmaq məqsədi ilə “ TəkbizXalı”-ya telefonla müraciət etdik. Müraciətə dərhal diqqət yetirib, xalçaları qəbul etdilər və dedilər 7-8 gün ərzində gətirəcəklər. Sentyabr ayından başlayaraq telefonla əlaqə saxlayırıq, deyirlər ki, bu gün gələcək. 2 dəfə ayrı-ayrı menecerlərlə danışmışıq, onlarda eyni qaydada bizi arxayın salırdılar. Əvvəlcə deyirdilər ki, guya biz 2 xalça vermişik, bir həftədən sonra boyunlarına aldılar ki, 3 xalça verilib. Arada biz belə fikrə gəldik ki, xalçaları itiriblər. Bir sözlə, bu şirkətin səviyyəsi məlum oldu. Xalçaları 7 sentyabrda gəlib çıxdı, salafana bükülmüş halda, salafan isə kəsik- kəsik. Xalçaları işlətmək fikrimiz yox idi, onun üçün, həmdə biri agır oldugu üçün köməkli bir qıraga qoyaq. Pullarını aldılar, qəbz vermədilər. Bir 10 dəqiqə keçdikdən sonra evi çox bir pis qoxu gəlməyə başladı. Biz xalçanın birini açaraq gördük və bizə belə gəldi ki, dərman vurublar, su vurublar, ancaq qurumamış büküblər tələsik. Mən vaxt itirmədən zəng vurdum menecerə, iradımı bildirdim. Mənə dedilər gün ərzində tapşırıq verəcəm götürəcəklər, narahat olmayın. Bu gün yenə həmin menecerlə danışdım, adam mənə sual verdi ki, hələ götürməyiblər? Nə isə bu gün gün ərzində götürəcəklər dedi. Bu gündə götürmədilər. Odur ki, Sizdən xahiş edirəm bu məsələyə aydınlıq gətiriməsində köməklik göstərəsiniz. Bu cür şirkətlərin işləməsinə yol vermək olmaz. Bahalı xalçaları heçnə elədilər. Sizdə görsəydiniz çox yaxşı olardı, hələ ikisini açmamışıq. Rəsmi qaydada ərizə ilə müraciət lazımdırsa deyin eləyək. |
| Cavab: Bəli rəsmi ərizəni yazın Flaş-da gətirin imza qoyun çalışaq danışıq yolu ilə həll edək.Ödəmə sənədini də gətirin. |
|
|
|
|
| 07.09.2020 |
| Asya Paşayeva |
| Sual: Salam sualim poçtadan dı.yoldawim alimetn 160 manat gònderende 4.70 qepik niye elave pul istenir. Ve men alimenti alandada elave pul isteyir bu ne dimekdi varmi qanunda bele wey ? |
| Cavab: 4.7 AZN üçün sənə qəbz verirlərsə demək qanunudir,əks halda yox. |
|
|
|
|
| 06.09.2020 |
| Xatirə Qarazadə |
| Sual: Salam. Menim problemim "Yuvam mobilya" mebel mağazası ile bağlıdır. Biz iyul ayının 14-de bu mağazadan qonaq, yataq, yumşaq mebel desti ve dehliz mebeli sifariş vermişik. Mebleğin 50 faizini - 3500 manatı odemisik, yerde qalan hisseni daxili kreditle ödyecekdik. 10 güne hazır edecekleri mebelin yolunu düz 57 gündür gözleyirik. Her defe söz verirler, lakin mebeli getirmirler. Bele veziyyetde men ne ede bilerem? Düz iki aydır ki, uşaqlarım ve özümüz yerde yatırıq, yerde otururuq, pulumuzu verib bele bir ağır duruma düşmüşük. Çox xahiş edirem bize komek edin. Bize yol gösterin . |
| Cavab: Məsləhət 1)195-2 telfonu ilə z edin dövlət orqanına,2) Mənə kompüterdə ətraflı ərizə yazın flaş-də gətirin,çalışım danışıq yolu ilə həll edim,3) məhkəməyə müraciət. |
|
|
|
|
| 06.09.2020 |
| İmran İmranlı |
| Sual: Salam, mən iyul ayının 16sı Bir Telecom Əhmədli filialından 2ədəd nəğd telefon almışam. ( Xiaomi redmi note9) Daha sonra telefonun hər ikisində donmalar baş verdiyi üçün, servisə müraciət etdim. Bir dəfə hər iki telefonu da format etdilər. Daha sonra yenidən donmağa başladı. Yenə servisə getməli oldum. Qeyd edim ki, servis tam ödənişsiz şəkildə idi, telefonun qızıl zəmanəti var. Servisdə mənə telefonun həqiqətən də zəif işlədiyini dedilər. Daha sonra bildirdilər ki, akt yazacağıq həqiqətən donmasına dair, siz gedib telefonları yenisi ilə dəyişdirə biləcəksiniz. Akt yazıb mənə verdilər. Bugün apardım yenidən Bir Telecom mağazasına. Mənə dedilər ki, aktda yazılıb ki, telefonda heç bir nasazlıq aşkar edilməyib. Mağaza mənə bildirir ki, aktda əgər nasazlıq yazılarsa dəyişə bilərik. Amma servisə dəfələrlə zəng etdim zənglərimi açmır. Hüquqi baxımdan nə edə bilərəm? Qızıl zəmanətim var və telefon nəğd alınıb. |
| Cavab: Məsləhət 1) 195-2 telfonu ilə dövlət orqanına şıkayət,2) Mənim adıma kompüterdə yazılmış cox ətraflı ərizə,3) məhkəməyə müraciət |
|
|
|
|
| 06.09.2020 |
| Ramin Abiyev |
| Sual: Salam. İstehlakçı hüquqlarımın pozulması ilə əlaqədar rayon məhkəməsinə yoxsa inzibati məhkəməyə müraciət etməliyəm? və tələbim necə olmalıdır? |
| Cavab: Rayon məhkəməsinə müraciət edin.Rüsumdan azadsınız.Tələbinizi mən bilmərəm! |
|
|
|
|
| 04.09.2020 |
| Sənubər Tağızadə |
| Sual: Salam.Siz mənə kömək etmək istədiz.Ancaq dükandan dedilər ki,obnların istehlakçı hüququ qorumaq səlahiyyəti məhdudlaşdırılıb.Yalnız sizin şikayəti AQTA həll edə bilər.Həmin qayda ilə məsələni həll etdik. |
| Cavab: Salam.Yəqin rəhmətlik M.Ə.Sabirin tülkünün qarğanı tutması və qarğanın qorxduğu yerdən ,qayadan tullaması təmsilini oxumusunuz.Uğurlar arzulayıram və qulluğunuzda hazıram! |
|
|
|
|
| 31.08.2020 |
| adil mehdiyev |
| Sual: avqustun 28 də bazarstorda 20 ədəd yumurta aldım.ödənişimi plastik kartla etdimamma bazarstore mənim kartımdan "20 ədəd" yumurtaya görə37 manat 80 qəpik çıxardı. 4 gün kecib hələdə geri qaytara bilmirəm pulumu. deyirlər gözluyun. uzadırlar vaxtı.qəbzim də var. vaxt uzansa pulumu geri almaq şansım azalır? baş ofislərinə də yazmışam, aldıqım malın qəbzin də onlayn onlara təqdim etmişəm. olarda yubadır.deyirlər gözlüyün.qanun bu haqda nə deyir? |
| Cavab: 14 gün müddətində qaytarmalıdırlar. |
|
|
|
|
| 28.08.2020 |
| Efsane Qafarova |
| Sual: Salam, men bu yaxinlarda getdiyim bir kafeden chox naraziyam. Seher yemeyine getmishdim ve xidmet, davranish cox pis idi. yemeklerin ichinden tuk chixdi. chox diqqetsizlik edildi. bunun ucun hara sikayet ede bilerem? |
| Cavab: Məsləhət: Ya mənim adıma ətraflı ərizə yaz,nə istədiyini bildir,imza qoy və ya 1003 telefonu ilə qida qgentliyinə şikayətini bildir |
|
|
|
|
| 27.08.2020 |
| Cavidan Memmedov |
| Sual: Salam men de bezi proqramlara girende "server cavab vermir daha sonra yoxlayin" yazir onu nece duzeltmek olar bilen varsa zehmet olmasa melumat versin ??? |
| Cavab: Təəssüf ki məndə bilmirəm,Sizə məmuniyyətlə kömək edərdim. |
|
|
|
|
| 26.08.2020 |
| Ferid İsmayil |
| Sual: Salaam mənə ivanovka süd məhsullarının əlaqə nömrəsi lazimdir |
| Cavab: Biz heç kimi təbliğ etmirik,bağşlayın |
|
|
|
|
| 25.08.2020 |
| Könül Abbasova |
| Sual: Salam.mən iyulun 1-dən isteqramdam zovqlu_boyuk_beden_geyimler sehifesindən paltar sifariş etmişdim.sifariş götürən xanımla +380 63 597 6382 nömrədən vaçapla əlaqə saxlamışam.Milli on aparatından hesab nömrəsi 380194401657571201 şəxsiyyət kodu 17324821 Respublika banka 20 manant köçürmüşəm.xanım paltarın 2 həftəyə gəlməsini dedi.2 hefte krçdikdən sonra paltarla maraqlandım.xanım dedi sərhəddə vəziyyət pisdi.keçəndə deyəcəm.1 ay kecdi yenə paltar soruüanda dedi azərbaycanda müharibədi hələ paltar yoxdu.mən xanıma bildirdimki Azərbaycanda müharibə yoxdu.sərhəddədə mal kecir.mən xanımdan pulumu geri istəyəndə o kobud danışdı.pulu geri göndərmir.hal hazira kimi paltar gəlib cıxmayıb.bu barədə mənə kömək etməyinizi Sizdən xahiş edirəm. |
| Cavab: məsləhət:1) ya 195-2 telfonu ilə nazirliyə şikayət et ya da 2) mənim adıma ərizə yaz flaşda gətir ofisə çalışım danışıq yolu ilə həll edim. |
|
|
|
|
| 18.08.2020 |
| Iradə Ağarəhimova |
| Sual: Mən dünən Baku Electronic mağazasında tozsoran almışam tozsoranı evə gətirdim məni qane etmir modelini dəyişmək istəyirəm deyirlər mümkün deyil çünki siz onu ən azı 1 dəfə də olsa işlətmisiniz nə etməliyəm bu halda zəhmət olmasa məlumat verərdiniz? |
| Cavab: Dəyişmək hüququn var!Mənim adıma ətraflı ərizə yazın kömək edim.Öncə z et.0124412833 |
|
|
|
|
| 18.08.2020 |
| Fikrət Sadıxov |
| Sual: Salam,mən 07.08.2020-ci il tarixinde KONTAKT HOMA onlardan aldığım Samsung QE50Q67TAUXRU televizorunu 40 manat (güya səbəbsiz gaytarıram)ödəyəndən sonra qaytardım.Necə gün mən televizora görə ödədiyim 1500 manat pulu mənə gaytarmalıdılar? |
| Cavab: Öncə mənə z et danışaq.0124412833,Mənim adıma ətraflı ərizə yaz,kompüterdə,E-mayla göndər eyub@consumer.baku.az və ya ərizəni flaş da gətir gəl ofisə çalışaq həll edək. |
|
|
|
|
| 17.08.2020 |
| Anar Hüseynov |
| Sual: Salam. 16.08.2020-ci il tarixinde KONTAKT HOME mazasindan smart tipli mobil telefon aldim. Eve gelerken basha dushdum ki.telefon ishlenmishdir.KONTAK HOME numayindesi mene bildirdi ki .qaytarmaq olar yalniz TEXNİKİ SERVİSDE baxish kecirdmelidiler.KONTAK HOME servis merkezinde mütexüssis terefinden baxish keciren zamani menim ishtirakim ola biler ve telefona odedeyim pulu mene qaytaracaqlar ? |
| Cavab: Öncə mənə z et danışaq.0124412833,Mənim adıma ətraflı ərizə yaz,kompüterdə,E-mayla göndər eyub@consumer.baku.az və ya ərizəni flaş da gətir gəl ofisə çalışaq həll edək. |
|
|
|
|
| 15.08.2020 |
| İlkin Rehimov |
| Sual: Salam hörmetli vekilimiz.mene kömek etmeyinizi xaiş edirem.Men binede 2 sotun icinde ev almaq istirem lakin pulun bir hissesini indi qalan hissesini de bir aydan sonra vermekle razilaşmişiq lakin bilmek isteyirem bunu natariusda nece testiq etdirim.bu nece mümkündü? |
| Cavab: Bağışlayin bu sual bizə aid deyil.Habil İsgəndərova Z edin. 050 3148188 |
|
|
|
|
| 12.08.2020 |
| Hafiz Abbasov |
| Sual: Salam aleykum. Men kontakt homedan bir planşet almışam, planşeti menim yaşadığım ünvana çatdırıblar. ancaq planşet xarab çıxıb, men de onu başqası ile deyişdirmek isteyirem. Telefonda danışdığım şirket nümayendesi mene dedi ki, onu deyişdirmek isteyirsinizse texniki servis xidmetine yaxınlaşın. Ancaq hemin ünvan yaşadığım yere uzaq düşdüyü üçün men isteyirem ki, onu yaşadığım ünvana çatdırsınlar. Menim bele bir hüququm varmı? |
| Cavab: Bəli hüququnuz var.Ətraflı ərizə yazın,flaş də gətirin ofisə,çalışaq danşıq yolu ilə həlledək.Mənim telfonum 0124412833 |
|
|
|
|
| 12.08.2020 |
| Rail İsayev |
| Sual: sizə heç bir sualım yoxdu çünki düzgün işləmirsiz.Yazılı şəkildə elektron formada müraciət etmişəm lakin uzun müddət keçməsinə baxmayaraq nəinki problemimi həll etmək heç müraciətimə baxdığınız barədədə məlumat vermədiz halbuki vətəndaşların müraciəti haqqında qanunda belə yazılmayıb |
| Cavab: Hörmətli Rail bəy,çalışarıq düzgün işləyək,Sizdə bilməlisiniz ki,imzasız müraciətə baxılmır,anonim olduğu üçün! |
|
|
|
|
| 29.07.2020 |
| Xədicə Ələkbərova |
| Sual: Salam. Bu gün aptekdən 5 ədəd (1qutu) insulin alınıb. Müəyyən səbəblərə görə o məhsula artıq ehtiyac qalmadığından onu qaytarmaq istədik. Lakin qəbzin olmağına baxmayaraq, dərmanın soyuducudan çıxdığını rəhbər tutaraq onu qaytarmağa imyina etdilər. Dərman özü açılmayıb. Bu halda kim doğrudur? Mən o dərmanları qaytara bilərəm? |
| Cavab: Qanunvericiliyə görə kassa çeki olmasa aptek qaytarmaya bilər. Bütün halda 195-2 z edə bilərsiz |
|
|
|
|
| 23.07.2020 |
| Leyla Mustafayeva |
| Sual: Salam men Mustafayeva leyla ozume 1telefon almışdım ,lakin eve gətirdim beyenmediler ,bunu satasi oldum.Qonsuluqda yaşayan Hüseynov Ehtiram Ferhad oğlu adida birine satdim indi gunu gune qatir,ayida aylara qatir, lakin pulu vermir.Men hara müraciet ede bilerem zehmet olmasa bir meslehet vererdiz. |
| Cavab: Sual bizə aid deyil,biz Sizin yox alıcının hüququnu qoruyuruq. |
|
|
|
|
| 17.07.2020 |
| Xəyalə Abbasova |
| Sual: Salam men 3 gün bundan önce onlayın satışla mobil telefon almışam ,lakin telefon defetli çıxdı. Aldığım yere müraciet etdim deyişdirmek üçün ,ancaq mene dediler ki , telefonun deyişmesi ile bağlı qerarı servis verecek ve bu proses 2 gündün 14 güne kimi çekecek. Sizce bu doğru qerardımı? Mene ele gelir men mehsulu 14 gün erzinde deyişe ve ya qaytara bilerem bu huququm var.Zehmet olmasa mene cavab yazın |
| Cavab: Bəli Sizin dəyişmək,uyğun mal olmasa qaytarmaq hüququnuz var. |
|
|
|
|
| 16.07.2020 |
| Ellada Quliyeva |
| Sual: Salam biz bugun evimizin yanında yerləşən topdan satiş ticarət mərkəzindən geyim satılan yerdən uşag ucun ic geyim almışam balaca olduguna gorə qaytarmag istedim satıcı mənə nə qaytarmag nədə dəyişmək olmaz dedi xaiş edirəm mənə nə edəcəyimi yazardız |
| Cavab: Ya 195-2 telfonuna z edin ya da mənə ətraflı ərizə yazın flaş da gətirin z edim həll olsun. |
|
|
|
|
| 10.07.2020 |
| Nat Hesenli |
| Sual: 03.07.20 tarixinde özəl klinikada kosmetoloji muayineye yazılmısam.ve yazıldığim vaxtdan 20 deq tez getmisem ki gecikmeyim.hekim gelmeyib ustelik 40 deq gozlemisem ne zenge ne mesajlara baxib.oranin işçilerine cavab verirdi lakin.ve gelmedi.ustelik dedi 1 2 saata gelecem isteyirsen gozle.klinika ise deyir biz arendaya vermişik qarismiriq.butun gunumu zay elədi.men sikayetimi hara eeimki bu cür mesuliyyetsizlikler artmasın.ozune bildirdim ki şikayet edecem anasi mene zeng edib hede qorxu gelir |
| Cavab: Mənə ətraflə ərizə yazın,nə zərərə düşmüsünüz ,tələbiniz nədi yazın imza qoyun gətirın ofisə.Əvvəl z edin,ois olmaz.0503416225 |
|
|
|
|
| 09.07.2020 |
| Oksana Yahyayayeva |
| Sual: Salam.Anamin 01.01.2020de 57 yawi tamam oldu 4uwaqnan pensiya yawina catmiw olurdu hemin gunde teze qanun cixdi yawi qaldirdilar.Bilmek isteyirem ki anama pensiya duwur? |
| Cavab: Bağşlayin sual bizə aid deyil.Vəkilə z et.Habil:0503148188 |
|
|
|
|
| 05.07.2020 |
| Xədicə Rəhimova |
| Sual: Salam. Men 08.06.2020 tarixinde Yuvam mobilya mebel magazasindan mebel sifaris vermisem ve qabaqcadan da 3200mebleginde odenis etmisem. Ayin 22de mebel catdirilmali idi ama ustunden 2hefte kecmesine baxmayacaq hele de catdirilma olmayib. Pulumuzu Geri istedikde use deyirler mebel sektorunda qaytarma olmur. Bize de faktura veribler ustunde voenli pecat var. Hec kes de bir normal cavab vermir ki bu sebebden catdira bilmirik. 102e muraciet edib erize yazdiq hec kes Geri donus etmedi. Mesele Ile bagli nece komeklik Ede bilersiniz? |
| Cavab: Sizin hüququnuz var.Mənə ətraflı ərizə yasın Fleş-də gətirin çalışaq. Z et 0503416225 Eyyub |
|
|
|
|
|
| Sual yaz |
|
|
1
2
3
4
5
6
7
8 9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|