|
| Sual yaz |
|
|
|
|
|
|
|
|
|
|
|
| 08.01.2012 |
| Emil Mirzeyev |
| Sual: Finikiyalilar deniz seyyahetlerini nece tehlukesiz edirdiler?
|
| Cavab: Təəsüf ki, bu sual bizə aid deyil. |
|
|
|
|
| 05.01.2012 |
| Efruz Veliyeva |
| Sual: Salam Eyyub muellim. Ilk defe ishiq ve qaz cekdirmek uchun bu idarelere ne qeder pul odemeliyem? Onceden teshekkurler! |
| Cavab: İlk dəfə işıq, qaz çəkdirmək üçün layihə - smeta sənədləri tərtib olunmalıdır. Orada göstərilən məbləğ ödənilməlidir. Bunun üçün texniki şərt alınmalıdır, bu da Sizin işıq, qaz idarəsinə göndərdiyiniz ərizə əsasında verilir. N.Qasımov |
|
|
|
|
| 04.01.2012 |
| Aidə Əsgərova |
| Sual: Salam Eyyub müəllim, xahiş edirəm mənə kömək edəsiniz. Mənim kürkümü (дублёнка), kimyəvi təmizlənmə zamanı yararsız vəziyyətə çatdırmışlar- rəngi dəyişmiş, materialı bərkimiş, ölçüləri azalmışdır. Mən onu götürmədim və çeki saxladım. Malımı öz əvvəlki vəziyyətində istəyirəm. Axı bu qədər səhlənkarlıq olmaz. Mən nə edim? |
| Cavab: Saytda ana sehifede erize formasina baxin. Erize yazin, temennasiz komek edek. |
|
|
|
|
| 22.12.2011 |
| Nazim Aliyev |
| Sual: Salam, Men Volkswagen-dan Jetta mawini almiwam. 3 defe service muraciet etmiwem 2 defe eeyni detal deyiwilib hell olunmuyub, axirinci defe Noyabrn 8-de muraciet etmiwem, dediler ki, detal 2-3 hefteye gelir. Hele deqiq bir xeber vermirler. Menim suallarimi bundan ibaretdir. 1-cu sual Qarantiya muddetinden Service merkezine muraciet edilen tarixden ve temir olunan mudete qeder olan gunler elave olaraq qaraniya mudetin uzerine elave olunurmu? 2-ci sualim ise bir problema gore nece defe service merkezine muraciet edilenden sonra alici ya mawinini deyiwmesini ve yaxud tam qarantiya ala biler ki, hemin bir problem bir de tekrar olunmasin? |
| Cavab: 1. Təmirdə saxlanılan müddət zəmanət müddətinə əlavə olunur. 2. Qanunvericiliklə bu məsələ tənzimlənməmişdir. Yalnız məhkəmə yolu ilə nəticə əldə etmək olar. |
|
|
|
|
| 19.12.2011 |
| ruhana samadova |
| Sual: Sikayetimizi hara bildirek???
Her saygaca 200 man. pul isteyirler.Bildiyimize gore bunlar dovlet hesabina aparilan islerdir. |
| Cavab: Ruhana xanim, sayğac Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 30 sentyabr tarixli fermanına əsasən fiziki şəxslər üçün təsisatçının hesabına quraşdırılmalıdır. Siz Azad İstehlakçılar Birliyinə şikayət ərizəsi göndərə bilərsiniz. Şikayət ərizəsinin forması saytımızda var. Biz Sizə təmənnasız kömək etməyə hazırıq. |
|
|
|
|
| 19.12.2011 |
| ruhana samadova |
| Sual: Saalam!
Xahis edirem sualimi cavablanirasiniz.Biz Hezi aslanov metrosuna yaxin teze binada yayda ev almisiq.indi bizeden saygac pulu teleb olunur.Qaz,su ve elektrik saygacina gore.vermeseniz isiqiniz kesiler deyirler.Imkan yoxdur vermeye.nece edek bu telebi bizden etmesinler.Hara sikayet eder?????Qabaqcadan tesekkur edirem |
| Cavab: Ruhana xanim, sayğac Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 30 sentyabr tarixli fermanına əsasən fiziki şəxslər üçün təsisatçının hesabına quraşdırılmalıdır. Siz Azad İstehlakçılar Birliyinə şikayət ərizəsi göndərə bilərsiniz. Şikayət ərizəsinin forması saytımızda var. Biz Sizə təmənnasız kömək etməyə hazırıq. |
|
|
|
|
| 13.12.2011 |
| Bəhruz Məmmədov |
| Sual: Mən 14.10.2011-ci il tarixində KİA motors Azərbaycan şirkətindən Kia Sportage avtomobilini almışam. Avtomobilim zəmanətli olduğu üçün bütün xidmətlər orada aparılır. Avtomobilimin müharrikinin yağını dəyişən zaman aşkar etdim ki, istehsalçi tərəfindən tövsiyyə olunmayan yağlardan istifadə olunur onlara irad tutduqda onlar mənə dedilər ki, biz bu yağa etibar edirik əqər xoşunuza gəlmirsə zəmanəti ləğv eləyin və nə yağı istəyirsiniz tökün. Onlardan həmin yağin sertifikatını istədikdə mənə dedilər ki, get bizə yağı gətirən şirkətdən al. Mənim onlardan asılılığımdan sui istifadə edərək KİA Motors Azərbaycan şirkətinin servis mərkəzi istədiyini eləyir. Bu nəqədər düzgündür? |
| Cavab: Hörmətli Bəhruz müəllim. E-mai l- zə baxın, suallara cavab verin və ərizənizi yenidən yazın, vəziyyəti dəyişdirək. |
|
|
|
|
| 12.12.2011 |
| |
| Sual: Salam Xahiş edirəm kommunal xidmətlərin adam hesabı qiymətlərini yazardız.MİS-in dediyinə görə zibil pulu artıb. Minnətdaram. |
| Cavab: Isıq pulu- 1 kb üçün 6 qəpik, qaz - 1m3 - 10 qəpik və sayğacın göstərişinə əsasən ödənilir. Zibil pulunun artmasi barede melumati MİS-dən öyrənə bilərsiniz. (Üzrlü hesab edin, insan resurslarımız zəifdir) Zəhmət çəkin özünüz öyrənin. İstehlakçı hüququnuz pozularsa, təmənnasız qorumağa hazırıq. |
|
|
|
|
| 12.12.2011 |
| |
| Sual: zibil pulu nə vaxtdan arıb |
| Cavab: Bu haqda məlumatı MİS-dən öyrənin. |
|
|
|
|
| 06.12.2011 |
| Naila Aliyeva |
| Sual: Hidrogenleshdirilmish, trans-yaglarla bagli hansi telebler var? |
| Cavab: Sualınız aydın deyil. Məsləhət görülür, özünüz ədəbiyyata müraciət edəsiniz. |
|
|
|
|
| 04.12.2011 |
| Nuran Atamoğlanova |
| Sual: Hörmətli Eyyub məllim bilmək istərdimki,Azercellin "2729-a Sms göndər,nece qazanmagi sen de oyren!"kompaniyasinda qazanan şəxslərə hədiyyələr dogurdan da verilirmi?maşınları udan şəxslərə hədiyyələri təqdim olunurmu? |
| Cavab: Uduşları müəyyən edən kompaniyalar adətən, şəffaflığı və obyektivliyi təmin etmək üçün ictimai komissiya təşkil edir (əslində heç bir hüququ olmayan) və əksər hallarda məni komissiyanın sədri kimi təqdim edirlər. Adını çəkdiyiniz kompaniyaya dəvət almamışam. Xüsusən Azercell-in 8228 kompaniyasından böyük narazılıqlar var. Şəffaflıq olmayan yerdə mütləq qaranlıq istisna olmur. |
|
|
|
|
| 25.11.2011 |
| Natiq Abbasov |
| Sual: Hormatli Eyyub muallim oyranmak istardim ki,saxsi hayat evlarinda zibil pulunu hansi quruma odamaliyam ?,va zibil pulunu banka odamak ucun har-hansi kod olmalidirmi?. |
| Cavab: MIS (JEK)-ə və ya bələdiyyəyə ödəyin, təəssüf mərkəzləşmiş bank hesabı yoxdur. Qeyd olunan qurumlardan hesabı öyrənib ora ödəyə bilərsiniz. |
|
|
|
|
|
|
|
|
|
| 21.11.2011 |
| |
| Sual: Hörmətli Eyyub müəllim ha deyirik ki, aldanmayaq amma bəzi insanlara görə bu qeyri mümkündür. Çünki onlar aldatmağa vərdiş ediblər.
Bu gün aptekdən dərman almağa getmişəm. indi guya bu aptek müasir aptekdi və müasirdi deyə qiymətlərə satıcılar kompyuter vasitəsi ilə baxır, eləcə də alıcıya qiymətini deyir. Məsələ burasındadır ki, bu satıcılar normal kompyuterdəki aptek müdriyyəti tərəfindən təyin olunmuş qiymət yerinə şişirdilmiş bir qiymət deyib satıcını aldadır. Kompyuterin manitoru isə alıcıya deyil satıcıya doğru olduğundan daha bir söz deyə bilmirik.
|
| Cavab: Təəsüf ki, belə vəziyyət mövcuddur. Bu mənim pis işləməyimdən irəli gəlir. Ərizə formasına baxın. Əgər Siz ərizə yazarsınızsa, Sizin hüququnuzu təmənnasız qorumağa hazırıq. |
|
|
|
|
| 21.11.2011 |
| şahin |
| Sual: |
| Cavab: |
|
|
|
|
| 21.11.2011 |
| |
| Sual: Size edilen muracietlere nezer yetirende gorurem ki,siz huquqlarimizin pozulmamasi ucun, su,kanalizasiya problemlerimizin helli ucun cixis yolunun yerli su kanal idareleri ile muqavile baglamagimizdan kecdiyini bildirirsiniz.
Nezerinize catdiriram ki,erazimiz yeni yasayis menteqesidir.Binalar-evler son 20 ilden beri tedricen insa olunub.Erazimizde su xettini de,kanalizasiya xettini de 1990-ci illerde biz ehali oz hesabimiza cekmisik.Hansi ki, borunun diametri de ehalinin su telebine cavab vermir,yeni,kicikdir,hemcinin, paslanmis borulardir.
Bele olan halda bizimle Ganca sukanal TSC arasinda su istehlakina ve kanalizasiya xidmetine gore muqavile baglanmasi ne qeder qanunauygundur?!Eraziye su kemeri cekmemis Gence su kanal TSC ile biz muqavileni hansi sertlerle baglaya bilerik. Xahis edirik,bele konkret seraitde bizim Gence sukanal TSC ile muqavile baglamagimizin ne qeder qanuna zidd ve ya qanuna uygun olmasi barede izah edesiniz,yol gosteresiniz. |
| Cavab: Sudan istifadə edirsinizsə mütləq müqavilə bağlanmalı və suyun dəyəri ödənməlidir. Əgər müqavilə bağlamırlarsa, onda sizi istənilən vaxt sudan təcrid edə bilərlər. Məsləhət görürəm Gəncə sukanal TSC-yə yazılı müraciət edin, cavabını alın, sonra AİB ilə əlaqə saxlayın. |
|
|
|
|
| 12.11.2011 |
| rufa pasayeva |
| Sual: iqtisadi sosial cografiya ucun melumatlari hardan tapa bilerem?ali mekteb seviyyesinde. |
| Cavab: Bağışlayın, sual bizə aid deyil. |
|
|
|
|
| 10.11.2011 |
| Rufat Sadıqov |
| Sual: Salam. Bilmek isteyirdim zibil pulu ucun ne qeder mebleginde rusum teleb olunur? Eger sahe sahibkarliq subyektidirse ve İceriseherde yerlesirse bu rusum artir? Evvelceden oz minnetdarligimi bildirirem. |
| Cavab: Menziller ucun ayliq adambasina 14 qepik, sahibkarliq subyektleri ucun ise 20 qepik - 1 m3. |
|
|
|
|
| 05.11.2011 |
| Fəqan Mustafazade |
| Sual: Eyyub muellim salam! Bilmek isterdim ovchular birliyinin uzvu olmadan odlu silah alib,saxlaya bilerem? |
| Cavab: Ovçular Birliyinin üzvü olmadan silah alıb saxlaya bilərsiniz. Silah polisdə qeydiyyata alınmalıdır. |
|
|
|
|
| 29.10.2011 |
| Ələkbər Kazimov |
| Sual: Salam hörmətli Eyyub muəllim!Mən 24.10.2011-ci ildə Fizuli kücəsində yerləşən "kontakt" mağazasindan kredilə 340 manata(tələbə)kimi Samsunq mobil telefonu almışam.İki gündən sonra telefon deffekli cıxıb.Mağazaya müraciyət etdik,lakin o bizi servizə yollayır-serviz isə mağazaya.Əslində isə müqaviləyə görə telefonda bir problem olarsa-10 gün muddətində başqası ilə əvəzləmə yazılıb.Mənharaya müraciət edə bilərəm |
| Cavab: Sizin 14 gün müddətində telefonu yenisi ilə əvəzləmək hüququnuz var. AİB-in saytından ərizə formasına uyğun ərizə yazın təmənnasız həll edək. |
|
|
|
|
| 26.10.2011 |
| ibrahim haziyev |
| Sual: salam.Bəzi magazalarda ,apteklərdə yazılıb ki alınana mallar geri qaytarılmır.Ordan mal aldıqda necə geri qaytarmaq olar? |
| Cavab: Qanuna zidd şüardır. Saytdan tapin istehlakçıların hüquqları haqqinda qanun maddə 15.1. |
|
|
|
|
| 25.10.2011 |
| Taleh Qarayev |
| Sual: Salam! 02.2011-ci il tarixdə istehsal olunmuş malın yararlıq müddəti 10.2011-ci ildə bitir. Bizə onu satırlar və bizdə baxmadan alırıq. Həmin gün açıb istifadə edərkən keyfiyyətsiz olduğun görürük. Tarixinə baxrıq ki, vaxtı 10-cu ay qurtarır. Çek yox, açıb istifadə etmək istəyərkən şokaladın 1-i tərg olub. Malı necə geri qaytaraq? |
| Cavab: Satıcıya müraciət edin, iradınızı bildirin. Problem olarsa ərizə ilə bizə müraciət edin. |
|
|
|
|
| 24.10.2011 |
| Səttar Məmmədov |
| Sual: Salam eyyub muallim.Mumkunsə mənzillara oturulan tabii qazin tazyiqinin va elektrik carayaninin neca olmagi barada malumat verin.Bu olcular konkret hansi qanunverici aktlarla tanzimlanir.İmkan varsa hamin aktlarin tarixi va sira nomrasi,habela maddalarin nomrasini qeyd edin.Agar Azariqaz va Bakielekrtik sabaka ila bilavasita bir istehlakci kimi muqavila baglanmayibsa (baxmayaraq ki har ay mutamadi olaraq saygacin gostaricisi ila tam odanisi icra ediram),masalan elektrik carayani 220 v avazina 180 v verildiyi aktla tasdiqlansa bu isin mahkama perspektivini neca gorurusunuz? Bari basdan Siza minnatdarligimi bildiriram. |
| Cavab: Nazirlər Kabinetinin təsdiq etdiyi "Elektrik enerjisindən istifadə qaydaları" və "qazdan istifadə qaydaları". Qaydalara görə gərginlik aşağı olarsa, həmin müddət üçün təchizatçı ödədiyiniz pulun 25%-ni Sizə qaytarmalıdır. Lakin buna praktikada əməl edilmir. Qaydalara görə sübut etmə mexanizmi təchizatçının üzərinə qoyulur (absurd). İşin indiki məhkəmələrdə perspektivi yox dərəcəsindədir. |
|
|
|
|
| 21.10.2011 |
| Alik |
| Sual: BM Inter&Carcioglu sirketinin mailini diye bilersiz? |
| Cavab: |
|
|
|
|
| 18.10.2011 |
| Hafiz Ellazov |
| Sual: Mektebli formasi almişiq uşaq 2 defe geyindikden sonra jaketin qabaq hissesi tiftiklendi(yeni didildi) apardim maqazaya geri qaytarmaqa maqazada mene dediler ki paltarlarin keyfiyyetine gore maqaza deyil fabrika mehsuliyyet daşiyir. Men indi ne etmeliyem? |
| Cavab: Sizin alındıqdan 14 gün müddətində paltarı dəyişmək və qaytarmaq hüququnuz vardır. Saytdakı ərizə formasına baxın, ərizə yazın, həll edək. |
|
|
|
|
| 11.10.2011 |
| Mirvari Abdullayeva |
| Sual: Eurolux şirkətinin əməkdaşları zəng edib sizin nömrə uduşa düşüb deyə,bir mal al 3 hədiyyə qazan adı altında mənə 195 manatlıq mal. verdilər.Özləri gətirdilər.lakin mən sonradan verilən malların elə maya dəyərinin iodan az vəya bərabər olduğunu olduğunu biləndən sonra zənğ vurdum ki, gəlin mallarınızı geri götürün.Lakin 3 gündür ki bəhanələr gətirirərək,malı qaytarmırlar.3 gündür mənim vaxtımı alırlar.Buna nə ad vermək olar,mədəni oğurluq yoxsa fırıldaq.mən kimə müraciət etməliyəm.
|
| Cavab: Saytda ərizə formasına baxın, ərizə yazın, təmənnasız kömək edək. |
|
|
|
|
| 28.09.2011 |
| |
| Sual: Ailemde 2 nefer azyasli usagim var.Bilmek isteyirem,Su istehlakina gore mueyyen edilmis ayliq normativde (adambasina 5 ton)azyasli usaqlara guzest nezerde tutulurmu? Meselen,ayliq su istehlakinin miqdarinda ve ya odemenin mebleginde. |
| Cavab: Güzəşt nəzərdə tutulmayıdır. Məsləhət görülür, tecili sayğac qoydurun. Sayğac təmənnasız qoyulur. |
|
|
|
|
| 25.09.2011 |
| Mustafayev Zaur |
| Sual: rusiyada ne qeder ehali var ? |
| Cavab: Bizə aid sual deyildir. |
|
|
|
|
|
| Sual yaz |
|
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44 45
|