|
| Sual yaz |
|
| 22.12.2014 |
| arzu eliyeva |
| Sual: salam.bagislayin bilmirem sualim ne derecede duzgundu.ama yene de yazim mene meslehet verin ehtiyacim var sizlere.menim 2016a qeder stopum var rusiyaya.usagim rusiya vetendasidu pasportu var.yoldasimin da var.menim pasportum yoxdu.zaqsmiz yoxdu.men nece gede bilerem bunun helli yolu nedir?????? |
| Cavab: Çox təəsüf ki, bu bizim həll edə biləcəyimiz məsələ deyil. Biz təmənnasız olaraq istehlakçı hüququnu qoruyuruq. Bu məsələ bizə aid deyil. |
|
|
|
|
| 17.12.2014 |
| Zemfira Quliyeva |
| Sual: Salam!Mən 14.12.2014 tarixinde saat 7:00-8:00 olardi "Memar Əcəmi" metrosu yaxınlığında "Lady Sharm"mağazasına daxil oldum və ordan 1 ziyafət paltarı aldım.Paltar 70 man olub endirimle 49 man-ta idi,amma heç o qiymətə uyğun mal deyil.Mal neçə dəfə geyinilib soyunulubsa istifadəyə yararsızdı.Mən də 15.12.2014 tarixində elə həmin vaxtlarda ora getdik anamla mən satıcıya malı dəyişdirməyi təklif etdim .Satıcı dedi yaxşı bax.Baxdım mənə uyğun tapmadım və qaytarmağı tələb etdik.Dedilər yox nə danışırsız olmaz.Dedilər gedib işlədib gətirmisiz.Heç mən aldığım vaxtla aparıb qaytarmaq istediyim vaxtda toy olur ki mənə o cavabı verirlər.İndi sualım budur ki,mən bu malı necə qaytara bilərəm? |
| Cavab: Saytımızdakı ərizə formasına uyğun ətraflı ərizə yazın, imzalayın, skaner ederek bizə göndərin, istehlakçı hüququnuzu təməmmasız qoruyaq. |
|
|
|
|
| 14.12.2014 |
| Mələk İlyasova |
| Sual: Salam Eyyub müəllim.Rafinə duzun ziyan olduğunu öyrənəndən sonra qaya duzu axtarmağa başladım.Naxçıvan duzunu seçdim.Amma bu duz əməlli başlı torpaqlıdı.Onu suda həll etdikdə suyun dibinə çoxlu torpaq çökür.Torpaqda isə cürbəcür mikrobların qurd yumurtalarının olduğunu bilirik.Xahiş edirəm deyərdiz bu duzu almağa dəyərmi? O bakterioloji müayinelerden keçirmi? |
| Cavab: Hazırda satışda olan, bəyaz olmayan Naxçıvan duzu arzuedilməzdir. Rafinə olunmuş duzun problemi yoxdur. Yodlu duz almağınız məsləhət olunur. |
|
|
|
|
| 14.12.2014 |
| Ayaz Alakbarov |
| Sual: salam. bilmek isteyirem ki alinan mal nece defe deyisdirile biler? |
| Cavab: Bu barədə qanunvericilikdə məhdudiyyət yoxdur. |
|
|
|
|
| 13.12.2014 |
| Seymur Civishov |
| Sual: Salam, Eyyub müəllim! Xahiş edirəm mənə bir sualda aydınlıq gətirəsiniz. Bilmek isderdimki alinan malin hemin gun geri qaytarmaq isdedim amma ceki atmisdim satici malin heqiqetende qusurlu oldugunu boynuna aldi amma cek yoxdur deyq mali qaytarmaqdan imtina etdi... Bele oldugu halda satici haqlidirmi? Cek olmadiqda men nece o mali geri qatrara bilerem? Bu haqda qanun ne deyir? Eger men haqliyamsa o magazani cerimelede bileremi? |
| Cavab: Qanunda çekin mövcudluğu zəruri tələbdir. Satıcı inkar etmirsə əlavə olaraq Sizin şahidiniz də varsa təşkilatımıza yazılı ərizə ilə müraciət etsəniz həll edərik. |
|
|
|
|
| 11.12.2014 |
| Fətulla Hacıyev |
| Sual: Hörmətli EYYUB müəllim!Bu məktubu Sizə böyük bir müsəlman icması adından(1000 nəfərdən çox)onlrin xahişi ilə yazıram.Sizə inamımız çox böyükdür! Bizə deyin görək satılan hansı mallar halaldır,onlardan alaq.Bizi aldadanların Allah cəzasını versin.Səmimi hürmətlə:Fətulla Hacıyev |
| Cavab: Hörmətli F.Hacıyev, əfsuslar olsun ki, bu sahədə ciddi problemlər yaşanır. Təşkilatımız müvafiq qurumlara həqiqi mənada halallığı təsdiq etmək üçün şəffaf, kollegial qərar qəbul edən mexanizm təklif etmişdir. Təklif qəbul olunarsa, öz gözlərimlə şəhadət edib mütləq mənada halal olan mallar (xidmətlər) istehsalına nail olacağıq, İnşAllah. Bu mallar barədə məndən dəqiq məlumat alacaqsınız. Məlumatı saytımızda yerləşdirəcəyik. |
|
|
|
|
| 05.12.2014 |
| Gülnar Əhmədova |
| Sual: Salam.mən noyabrın 2-ci 10 günlüyündə Sirr günəbaxan tumlarını almışdım. İçindən uduşlu kupon çıxdı. Televizudmuşdum.Şirkətə müraciət etdikdə, kuponu aldığım dükana verməyimi və ekspeditorlarının gələcəyini desələr də heç bir xəbər çıxmamışdır. Paketdə yazılan telefon nömrəsinə zəng etsəm də zəng çatmır. Hansı tədbirləri görə bilərəm |
| Cavab: Xahiş edirəm saytımızdakı ərizə formasına uyğun ətraflı ərizə yazın, hüququnuzu təmənnasız qoruyaq. |
|
|
|
|
| 27.11.2014 |
| Sevda Əliyev |
| Sual: Eyyub bəy salam.Ay-Min kolbasaları Qubada çox satılır və ən ucuz qiymətə.Mediyada bu məhsullar haqqında geniş məlumatlar verildi.Sizin birlik Ay-Min haqqında çox az məlumat verdi.Xahiş edirəm ictimayyətə dürüst məlumat verin.Onun tərkibinə nələr qatılır ki belə ucuz və xarab olmur,çünki həmişə otaq şəraitində satilir.Temperatur reyiminə riayət edilmir. |
| Cavab: Təşkilatımıza konkret ünvanlar göstərməklə zərər çəkilməsi barədə müraciətlər olduqda biz vəziyyəti dəyişmək üçün bütün imkanlardan istifadə edirik. Mövcud qanunlara görə mediada gedən məlumatlar əsasında dövlət orqanları yoxlamalar keçirə bilərlər. Bu kolbasalar barədə bizə rəsmi şikayət daxil olmamışdır. |
|
|
|
|
| 27.11.2014 |
| mehman Mansurov |
| Sual: Eyyub müəllim salam."ROŞEN"konfetlərinin sonu nə ilə nəticələndi.Xahis edirəm bu haqda geniş məlumat verəsiniz,mətbuat vasitəsi ilə. |
| Cavab: Bu konfetlərin yararlılıq müddəti təşkilatımızın nəzarəti altındadır. Yararlılıq vaxtı keçmiş konfetə rast olan istehlakçının təşkilatımıza və KİV-ə müraciət etməsini xahiş edirəm. Hələ ki, yararlılıq vaxtı keçmiş konfetlər müşahidə olunmur. |
|
|
|
|
| 27.11.2014 |
| Tofiq Muradov |
| Sual: "Ag sheher" kompleksinde menzil almisham. muqavilede 140 m2 yazilib, menzili divardan divara olchmushem 130 m2. Satici deyir ki, gerek divarlarin galinligini da olchuye elave edeydim. halbu ki, menzilin qiymeti hesablanarken neinki divarlar, hemchinin bunovre, dam ortuyu, pilleken qefesesi, lift shaxtasi, hetta, bina etrafi sahenin abadlashdirilmasi xercleri artiq nezere alinib. Xahish edirem yeni tikililerde qiymetin ne cur hesablanmasina aydinliq getiresiniz.Tofiq M |
| Cavab: Hörmətli Tofiq müəllim, çox əfsuslar olsun ki, bu problem geniş yayılıb və bu məsələ istehlakçı hüquqlarının pozulmasıdır. Mənzil bazarında tələb təklifi üstələdiyi üçün (1:3) bu cür hüquq pozmalar baş verir. Düşünürəm kiç məsələnin həlli üçün sənədləri toplayıb məhkəməyə müraciət etsəniz nəticə əldə olunar. |
|
|
|
|
| 25.11.2014 |
| elshan musayev |
| Sual: Evvel bir texbaxish var idi, avtomobillere.Indi muxtelif icea orqanlari ozlerine serf eden (ilde bir yox,bir neche defe ,texniki,tibbi,daha ne "muayine"adi altinda mudaxile etmeye imkan yaradan )qanunlarin qebul edilmesine nail olmaqla sade istehlakchilara,ferdi ishle meshgul olan sahibkarlara maddi ve menevi problemler yaradirlar! Bunun qarshisinda dayanan bir teshkilat olaraq AZAD ISTEHLAKCHILAR BIRLIYININ movqeyini bilmek isterdim. |
| Cavab: Hörmətli Elşən bəy, Rica edirəm, konkret faktlara əsaslanan ərizə yazın, təmənnasız olaraq köməyimizi göstərək. |
|
|
|
|
| 23.11.2014 |
| Zerife Agayeva |
| Sual: Salam. 19.11.2014 il tarixinde,qisha hazirlanmag meqsedi ile,sheherimizin magazalarinin birde ozume Kurtka aldim.Lakin yagiw dunenden yagdigina gore ilk defe Dunen geyindim ve yagishda eve gelib chatana geder eynimde Butun paltarlarim oldu su.Kurtka su buraxirmiw.halbuki saticida Dedi ve kurtkanin ustune yazilib ki su ke4irtmir.Bu gun hemen kurtkayla getdim yeniden o magazaya ki qaytariram,bu nem qalmagdan sehere kimi qurumadigi uchun tam ve ichi siltepon oldugu uchun nem iyiyibde.Saticilar baxdi,kurtkanin ich terefden nem oldugunu gorduler Lakin satici olduglarin uchun Ellerinden he4 Bir shey gelmediylerini mudriyet olmadiglari uchun qaytara bilmezder.mudurun kim oldugunun adini bele demediler.Malin birkasi,onu alanda Ona gore verilen chek ve Malin ozu mendedi.Men kime shikaet etmeliyemki bu magaza satdiglari mallarina yiye dursunlar? |
| Cavab: Saytimizda gosterilen erize formasina uygun etrafli erize yazin, imza qoyaraq skaner edin bizə göndərin. İstehlakçı hüququnuz təmənnasız qorunacaq. |
|
|
|
|
| 17.11.2014 |
| Çingiz Mikayılov |
| Sual: Salam, Eyyub müəllim! Xahiş edirəm mənə bir sualda aydınlıq gətirəsiniz. Qanuna görə hər hansı bir market öz alıcılarından şəxsi əşyalarını və ya başqa bir yerdən alınan mallarını marketin saxlanma kameralarına qoymaq tələb edə bilərmi? Bu hadisə ilə bağla haraya müraciət etmək olar? |
| Cavab: Bu məsələ heç bir qanunda tənzimlənmir. Market biznes qurumdur. Özlərinin daxili qaydaalri mövcuddur. Qanunları pozmayan daxili qaydaları tətbiq edə bilərlər. |
|
|
|
|
| 17.11.2014 |
| Eldar Nasibov |
| Sual: Eyyub müəllim salam.Siz AY-MİN kolbasa sexi haqqında bizə məlumat vermədiniz.Mən həmin sexdə işləmişəm.Ona görədə sizə sex haqqında məlumat verməyi özümə borc bildim.Əvvəlcədən təşəkkür edirəm. |
| Cavab: Hörmətli Eldar müəllim, Sizdən fərqli olaraq bəzən şəxslər digərinin biznesinə problem yaratmaq üçün bizə məlumatlar verirlər. Səmimiliyinizə inanırıq, rica edirik bizə rəsmi ərizə yazın, ərizədə ünvan, telefon və imza qoyun. |
|
|
|
|
| 15.11.2014 |
| tamella muxtarova |
| Sual: orqan ne demekdir.insan huquqlarini qoruyan orqanlara nece mektub yazaram |
| Cavab: Orqan - təşkilat , qurum deməkdir. Məktub və ya ərizəni yazmaq üçün orqanın ünvanını tapın, Bundan sonra kağız, qələm, poçt .... |
|
|
|
|
| 13.11.2014 |
| Nazilə Şabanova |
| Sual: Eyyub muəllim salam .uşaq qidaları satan firmalar nə işlərlə məşğuldur onu bir allah bilir.Həkimlərə nə qədər faiz verilir.Ona görə də qiymətlər daha da yüksək olur.Həkimlər firmalar tərəfindən təzyiqə məruz qalır.Firmalar aksion oyununa keçib.Kim çox pul verərsə həkimlər həmin firmanın ğidalarinı körpələrə yazır.Bu haqda siz hər hansı işlər görörsünüzüvə nəticəsi ola bilərmi.Xahis edirəm belə işlərə son qoyulması üçün lazımı tədbirlər görəsiniz. |
| Cavab: Hörmətli Nazilə xanım, təşkilatımıza bu sahə ilə bağlı yaradılmış komissiyaya üzv olun, cəmiyyətimizə daha çox fayda verin. Çəkinmədən həkimlərin adı, süni qidanın adı və s. göstərilən, imzanız, ünvanınız, telefonunuz olan ərizə yazın. Bəli pediatorlar süni qidanı təbliğ edir, bu qanuna ziddir. Siz də dəstək verin bu məsələləri həll edək. |
|
|
|
|
| 13.11.2014 |
| Lalə Telmanova |
| Sual: Hörmətli Eyyub müəllim salam.Ay-Min kolbasa sexində halal və donuz əti bir peçdə bişir və bir anbara yığılıb saxlanılır vəbir maşınla da şatış səbəkələrinə aparılır.Xahiş edirik monitorinqlər aparıb içtehlakçilara məlumat verilsin. |
| Cavab: Hörmətli Lalə xanım, Eldar Nəsibova verdiyimiz cavabı Sizə də verməyə məcburam, belə ki, rica edirik bizə rəsmi ərizə yazın, ərizədə ünvan, telefon və imza qoyun. |
|
|
|
|
| 13.11.2014 |
| Eldar Nasibov |
| Sual: Eyyub müəllim salam.AY-MİN kolbasalariini istehsal sahəsi çox pis vəziyyətdədir.Xalqi zəhərləyən bunlardır.Araşdirilma aparıb istehlakçılar məlumatlandirin ki.belə istesalçıların malları alınmasın. |
| Cavab: Hörmətli Eldar müəllim, Sizdən fərqli olaraq bəzən şəxslər digərinin biznesinə problem yaratmaq üçün bizə məlumatlar verirlər. Səmimiliyinizə inanırıq, rica edirik bizə rəsmi ərizə yazın, ərizədə ünvan, telefon və imza qoyun. |
|
|
|
|
| 11.11.2014 |
| famil əliyev |
| Sual: Eyyub müəllim salam.siz mağazada açıq şəkildə satilankonfetlərin yararlı olmağına inanırsınızmı.biz belə mallara daha şübhə ilə yanaşırıq |
| Cavab: Bəli bu sahədə problem vardır. Sizin hüququnuz var ki, konfetlərin boşaldıldığı qutuya baxasınız və yararlılıq tarixini görəsiniz. Yararlılıq tarixini görmək üçün satıcı qarşısında tələb qoyasınız və təşkilatımız çalışır ki, tezliklə açıq konfet satışına son qoyulsun. Nazirlər Kabinetinin94 saylı qərarında da bu məsələyə toxunulubdur. |
|
|
|
|
| 11.11.2014 |
| Fəridə Mansurov |
| Sual: Eyyub m.Salam.Xahiş edirik Roşen haqqında TV və ya mətbuat vasitəsi ilə xalqa düzgün məlumat verin.Əvvəlcədən təşəkkür edirik. |
| Cavab: Monitorinqlər aparmışıq. Yararlılıq vaxtı ötmüş \"Roşen\" konfetləri hələ ki, aşkar edilməyib. |
|
|
|
|
| 11.11.2014 |
| adil davudov |
| Sual: Eyyub müəllim salam.Biz HƏMİŞƏ ROŞEN KONFETLƏRİ ALIRIQ.KONFETLƏRİN KEYFİYYƏTLI OLUB OLMAMASI HAQQİNDA BİZ MƏLUMATLANDIRIN. |
| Cavab: Yararlılıq vaxtı keçmiş \"Roşen\" konfetləri müşahidə olunmur. Konfetlərin keyfiyyətinə dövlət orqanları nəzarət edir. |
|
|
|
|
| 10.11.2014 |
| mələk xanim |
| Sual: SALAM.MƏN ƏN COX ROŞEN KONFETLƏRİ ALİRAM.4 GUN ƏRZİNDƏ BU PROSESİ İZLƏDİM.BÖHTAN OLDUĞUNU BİLDİM.ONA GÖRƏ DƏ ROSENƏ QARŞİ avropa info saytı yaydığı böhtana görə lənətə gəlsin.belə saytlar ləğ edilib.qınaq atəşinə tutlsun.ANCAQ EYYUB MÜƏLLİM SİZ DUZUNU DEYƏRSİZ ROŞEN HAQQINDA BİZƏ DÜZGÜN MƏLUMAT VERİN . |
| Cavab: Satışda yararlılıq vaxtı ötmüş konfetlər müşahidə olunmayıb. Həqiqəti Ulu Tanrı bilir. |
|
|
|
|
| 10.11.2014 |
| Arzu Qasimov |
| Sual: Eyyub bəy salam.avropa info saytini onsuz da oxuyan yoxdur.Rosen şirkətinin məhsullari dövlət orqanları tərəfindən yoxlanilib sertifikatlar verilir.(Yəni tərkibilabaratoriya tərəfindən yoxlanılır).Deməli avropa info sayıtı dövlətin əleyhinə gedir.Siz istehlakçi hüququ qoruyan bir lider kimi istehlakçilara öz sözünü deməlisiniz ki.istehlakçilar Roşenə qarşı olan böhtanlara inanmasinlar |
| Cavab: Yalnız onu qeyd edə bilərəm ki, satış şəbəkələrində yararlılıq vaxtı ötmüş \"Roşen\" konfetləri müşahidə olunmur. |
|
|
|
|
| 10.11.2014 |
| Bəkir Tahirov |
| Sual: EYYub müəllim salam .Mən böyük market sahibiyəm.Roşen şirkətinə qarşı olan böhtanla mən heç vaxt razlaşmiram.Çünki.Roşen şirkətinin vaxt keçmiş məhsullarınl mağaza almaz və şirkət isə belə malları mağazaya verə bilməz.Mən bunu böhan kimi qiymətləndirir və avropa info saytının bağlanmasını sizdən xahiş edirəm.Çünki xalqı çaşdirmaq olmaz.Ədavəti belə həll etmək olmaz.onsuz da xalq həmin gündən avtopa info sayıtına nifrət etdi.Çox keyfiyyətli olan Roşen konfetləri həmişə xalq tərəfindən sevilib və seviləcək.Böhtana görə avropa info sayıtının rəhbərliyicinayətə cəlb olunmalıdir.Eyyub müəllim Siz dövləti və xalqı sevdiyiniz üçün bir də ki düz danışdığınıza görə yüzlərlə sahibkar adindan Sizə müraciət edirik.Dövlətə və mətbuat orqanlarina bizim adımızdan müraciət edin.Sifarişçi üzə çıxarılsın.Belə bötana son qoyulsun. |
| Cavab: Saytlar, qəzetlər nə qədər çox olsa yaxşıdır. Fəaliyyətləri sağlam niyyətli və ədalətli olsa daha yaxşıdır. Bəli, dükanlar vaxtı keçmiş malı götürüb özlərini bilərəkdən cəriməyə məruz qoymazlar. \"Roşen\" konfetlərinin yararlılıq vaxtı keçmişlərinin satışı müşahidə olunmur. Kimsə bazarda ədalətsiz rəqabət yaratmaq üçün çirkin əməllərə əl atıb istehlakçıları çaşdırırsa bu duzgün deyil və düşünürəm ki, tərəflər belə məsələləri məhkəmədə həll etməlidir. |
|
|
|
|
| 05.11.2014 |
| Malik Nəzərli |
| Sual: Eyyub muəllim salam.Sizdən çox xahiş edirəm ki.fermer smetanı tərkibi haqqında haqqında bizə düzgün məlumat verin.Çünki bizim ailə və yaxın qohumlar bu smetanın aləcısıdır.Ancaq bəzi vaxtlar smetanlarln tərkibinə əlvə qatqılarin olması barədə danışılır.o da ki.insan orqanizmində xəstəliklərə gətirib çıxarır.Sizdən xahiş edirəm geniş şəkildə məlumat verəsiniz. |
| Cavab: Hörmətli M.Nəzərli, Mən dəfələrlə ictimai çıxışlarımda söyləmişəm ki, hansı malın yararlılıq müddəti azdır (yəni buraxılma tarixi ilə son istifadə tarixi arasındakı vaxt) o mala üstünlük verin! İndi özünüz seçim edə biləcəksiniz! |
|
|
|
|
| 04.11.2014 |
| Anar velizade |
| Sual: salam.size satışda olan içməli su haqda soruşmaq isteyirəm deyə bilərsizmi hansi şirkətin suyu həqiqətən standartlara uyğundu? |
| Cavab: Təşkilatımız yalnız Qida Təhlükəsizliyi Nişanına layiq görülmüş mallar barədə nəzarət sistemi qurduğu üçün konkret müsbət rəy bildirir. Hələ ki, heç bir suya bu nişan şamil edilməmişdir. |
|
|
|
|
| 28.10.2014 |
| vaqif Eyyubov |
| Sual: eger 15 gun kecibse deyishmek mumkundur mali |
| Cavab: 15 gün müddətində dükana müraciət etmisinizsə və Siz haqlısınızsa, 15 günden sonra da bizə müraciət etsəniz, dəyişmək olar. |
|
|
|
|
| 28.10.2014 |
| BASHIR TAHMAZOV |
| Sual: salam siz mene komek ede bilmirsiz mali deyismeye ve yaxud qaytarmaga?men denizde ishleyirem almlsham 1 ay evvel imkan 27 si oktyabrda olub qurashdlrmaq qurasdlranda melum olur ki bizi aladidiblar xaxish edirem komeklik gosteresiniz evvelceden teshekkur edirem |
| Cavab: Saytımızda gösterilən ərizə formasina uyğun ərizə yazın, imza qoyun, mümkün köməkliyi edək. |
|
|
|
|
| 27.10.2014 |
| BASHIR TAHMAZOV |
| Sual: SALAM Eyyub muallim 1 ay bundan evvel sederek ticaret merkezinden imergaz kombisi aldlm bagli paketde teminat verilmeden 27 10 2014 tarixinde sisteme goshuldu amma ishlemedi acanda melum oldu ki,kombi islenmishdir.kombini deyisdire ve yaxud geri qaytara bileremmi?hormetle beshir |
| Cavab: Sizin 14 gün müddətində malı dəyişmək üçün satıcıya müraciət etmək, tələbatınızı ödəyən mal olmadıqda qüsurlu malı qaytarıb tam həcmdə almaq hüququnuz vardır. |
|
|
|
|
| 26.10.2014 |
| Şəmsiyyə Qarayeva |
| Sual: Hörmətli Eyyub müəllim,salam.Belə bir xəbər eşitmişəm ki, "Azad məhsullar laboratoriyası" yaradılıb,lakin hələki aşılışı olmayıb.Həmin laboratoriyada eksport olunan qida məhsullarının analiz olunması planlaşdırılır.Eşıtdiklərim məlumat doğrudursa sizdən çox xaiş edirəm,mənə ətraflı məlumat verəsiz bu haqda.Öncədən təşəkkürlər |
| Cavab: Hormetli Semsiyye xanim, teshkilatimiz defelerle teshebbus gosterib ki, olkede dogru sozu deye bilecek musteqil eskpertiza olsun.Lakin hele ki buna nail ola bilmemisik. Esas mesele heqiqeti mudafie eden kadralrin olmamasidir. Bele ki, melumatiniz dogru deyil. |
|
|
|
|
|
| Sual yaz |
|
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38 39
40
41
42
43
44
45
|