İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Home page Map Contact
N e w s L i n e
May-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (118)
Dunen ziyarətçilər: (236)
Bu gün səhifə baxışı: (123)
Dünən səhifə baxışı: (311)
Question-Answer
Sual yaz
18.01.2015
leyla mustafayeva
Sual: Axsaminiz xeyir! Men 16.01.15 tarixinde sumqayit seheri 17 mkrn da fealiyyet gosteren "Seda store "marketinde alis veris etdikden sonra kassirin kobud ve nelayiq reftari ile uzuze gelmisem, hemin marketde kart sistemi fealiyyet gosterir bununla bagli kassir xanima sualla muraciet etsem de cox kobud cvb aldim, aldigim mehsullari qaytarmaq istedim, Lakin kassir basqa kassaya gedin, ozunuzden oyun cixartmayin dedi. Bununla bagli mudiriyyete muraciet edib sikayet etmek istesemde hec bir isci mene bu imkani yaratmadi. Men bununla bagli hara muraciet edim. Kime sikayetimi bildirim ki hemin magazada esas da hemin kassirle bagli olcu goturulsun. Musteri huquqlarinin pozulmasi haqda.
Cavab: 

Akt tertib etmekle bu insidenti resmilesdirmish olsaydiniz musbet netice elde etmek olardi. Meslehet gorurem ki, sizin istehlakci huququnuzu qorumaga cavabdeh olan dovlet qurumu iqtisadiyyat ve Senaye Nazirliyine muraciet edin tel^ 195(2) ve ya 498 15 04

18.01.2015
Ровшан Гусейнов
Sual: Салам Эйюб мюяллим. Я в 2006 году приобрел по договору на строительство у МТК Симург квартиру по ул. Хиябани 33. В 2007 году нам дали ордер Баксовета. Всё это время мы в квартире не жили, деньги с нас счетчики на газ и воду собрали, ремонт в квартире тоже не делали. Живем далеко от Баку, за границей, раз в год летом приезжаем на 5-7 дней. Вопрос должны ли мы платить за коммунальные услуги комменданту, если никаких договоров с МТК мы не подписывали на обслуживание, на охрану и сервис? Замечу ,что все это время дом не сдан, техпаспорта и купчии не выдавались, и я так понимаю , что когда дело дайдет до процесса регистрации , то МТК при выдаче справок будет требовать с нас эти платежи за эти годы... Спасибо...
Cavab: 

Hormetli Rovsen muellim, MTK ile Sizin aranizda muqavile olmadigi, sizin orada yasamadiginiz ucun hech bir kommunal xerc odememelisiniz. Teesuf ki, qanunvericilikde boshluqlar, vetendashlarin aldadilmasi vardir. Ehtiyatli olun qanunsuz olaarq menzili ayri adama da sata bilerler. 

18.01.2015
Anar Yusubov
Sual: Salam Eyyub müəllim, işlərinizdə uğurlar arzu edirem.Mən 2014-cü il avqusta ayında Hyundai Grand Santafe almışam.Maşının ciddi problemləri var. Maşını iki dəfə servisə aparmışam. Həll etmişik deyirlər ancaq yenə həmin problemlər yaranır. Maşının priborunda işıqlar yanır və sürət qutusu kilidlənir. Maşının içindən hərəkətdəykən səslər gəlir. Servis problemi həll edə bilmir.Axı bu maşın təzədir. Mən də təzə maşın almışam ki, 3-5 il problemsiz sürüm. 4 ay olmayıb artıq mən 2 dəfə maşını servisdə 3-5 gün saxlamışam. Düzdür qarantiyası var. Aparıram baxırar.Ancaq eyni yerdən eyni problem yaranır.Sualım belədir: Mən maşını neçə dəfə Servisə aparmalıyam? Və mən nə qədər maşınsız qalmalıyam. Sonsuz qədər mən Servisə getməliyəm mi? Mən bildiyim qədərilə Türkiyə qanunlarına görə bir məhsul 3 dəfə eyni problemi yaradırsa o məhsulu tamamilə dəyişdirirlər. Xahiş edirəm ki, hüquqlarımla əlaqəli mənə yol göstərəsiniz. Təşəkkür edirəm. Hörmətlə,Anar
Cavab: 

Etrafli erize yazin, komekliyimizi temennasiz olaarq gosterek.

17.01.2015
Sabina Nazarova
Sual: Salam,Siz tedris merkezinde telebelerin lazimi telabatlarini gaydaya salmadigina gore mesele ile tedbir gorusuz? Onceden teshekkurler!
Cavab: 

Eger pullu xidmetden istifade edirsinizse, huququnuz pozulubsa yazili erize ile muraciet edin, tedbir gorek.

17.01.2015
Aysel Aliyeva
Sual: Salam, usag magazasinda paltar alarken saticidan giymet sorusarken cox kobud cavab verdi. Men ondan gulumseyerek bir az sirindil olmasini xahis etdim, O ise mene soyus soydu. Bu barede ertesi gun gedib onun mudirine melumat verdim, o, men o gizin yerine uzur isteyirem dedi. Amma giz onun yaninda da yaxsi elediyini dedi ve dedi ki hec kimden uzur istemeycek. Ve yeniden tehgir etdi. Bilmek isteyirem ki, bu barede men mehkemeye muraciet ede bilerem? huququmu nece qoruya bilerem?
Cavab: 

Akt tertib etmekle bu insidenti resmilesdirmish olsaydiniz musbet netice elde etmek olardi. Meslehet gorurem ki, sizin istehlakci huququnuzu qorumaga cavabdeh olan dovlet qurumu iqtisadiyyat ve Senaye Nazirliyine muraciet edin tel^ 195(2) ve ya 498 15 04

12.01.2015
Əfrayim Namazov
Sual: Eyyub müəllim salam!Xahiş edirəm ticarət şəbəkələrində idxal olunub.satılan ərzaq malların milli dildə markalanması üçün tədbirlər görəsiniz.Hətta daxili istehsal da milli dildə markalanmır.Nə üçün müstəqil ölkənin vətəndaşlari istehsal etdiyi məhsulları milli dildə markalamır.Düvlət orqanları isə belə işlərə göz yumur.
Cavab: 

Hörmətli Əfrayim müəllim, dövlət dili haqqında qanunda və digər qanunlarda göstərilir ki, ölkənin əmtəə bazarında olan bütün mallar, o cümlədən sənaye malları və s. milli dildə markalanmalıdır. Təşkilatımız yalnız körpə qidalarının milli dildə markalanmasına nail olub. Bu məsələ ilə bağlı mən müvafiq qurumları daim tənqid edirəm və vəziyyəti dəyişməyə çalışırıq. Yerli mallardan tam xarici dildə markalananı bilirsinizsə bizə məlumat verin. 

10.01.2015
Anar Həsənov
Sual: Salam Eyyub müəllim! Mən bilmək istərdm ki, hal-hazırda respublikamızda satılan uşaq qidalarının və uşaqlara çox məsləhət görülən yoqurtların nə dərəcədə keyfiyyətli olub-olmaması barədə məlumat verəsiniz! Mən uşaq üçün "Friso" uşaq qidasını alıram! Bu qidaların tərkibində GMO varmı?
Cavab: 

Hörmətli Anar müəllim, körpənizi Allah saxlasın. Bu məsələlər ilə bağlı istənilən məsləhəti təşkilatımızın komissiya sədri Səltənət xanımdan ala bilərsiniz. (tel: 012 597 37 33; 012 429 87 81; 055 555 89 93) ve ya vib.az saytına müraciət edəsiniz. 

07.01.2015
Akif Muradov
Sual: Eyyub müəllim salam!Xahiş edirəm ki.Mağazada açiq konfet satışina son qoyulmasına qarşı ciddi mübarizə aparasınız.Bu millət nə vaxta qədər vaxtı keçmış konfetləri yeyəcək.Vaxtı keçmiş konfetlər qablaşmadan çıxarılıb açiq şəkildə satılır.Açiq şəkildə satilan konfetlərdə qurdlu olmasına daha çox rast gəlınır.Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Cavab: 

Hörmətli Akif müəllim, bu məsələ ilə mən uzun müddətdir məşğulam. Hətta MDBməkanında bu problem yaşanır. Təşkilatımız nail olub ki, Nazirlər Kabinetinin 03.04.2014 tarixli 94 saylı qərarı ilə konfetlərin açıq satışının qarşısının alınması həyata keçirilsin. Əfsuslar olsun ki, bu işə nəzarət edən dövlət orqanlarının passivliyi nümayiş olunur. Bizim əlimizdən o gəlir ki, ictimai çıxışlarımızla istehlakçıları açıq konfetalmaqdan çəkindirək (boykot)ş Bu işi aparırıq.

06.01.2015
Nahide Meherremova
Sual: Salam! Men 4 yanvar 2015-ci ilde " Baku Elektroniks"-in Yasamal filialindan "Tefal" markali etceken mashin almisham ve 1 defe istifade etmishem. Amma etcekenin teleblere cavab vermediyini gordum. Magazaya muraciet etdim, istifade etdiyim ucun mali 143 servis xidmetine tehvil vermeyimi ve akt tertib edildiyi halda pulumu geri qaytaracaqlarini dediler. 6 yanvar 2015-ci il tarixde servis xidmetinie getdim ve mashini tehvil verdim , mene xidmet qebzi teqdim etdiler. Servizde mashini hec vaxt qaytarmaq huququm olmadigini dediler. Sizden bu halda menim hansi huquqlara sahib olmagim haqda bilgi vermeyinizi xahish edirem. Evvelceden minnetdarligimi bildirirem.
Cavab: 

Nazirlər Kabinetinin 03.04.2014 tarixli  94 saylı qərarının 5.51 maddəsinə görə satışda Sizin tələbatınızı ödəyən mal olmadıqda malı qaytarıb pulunuzu geri almaq hüququnuz  vardır. 

29.12.2014
Mehriban Qas;mova
Sual: Eyyub bəy salam!Mən həmişə ekoıoyi cəhətdən təmiz süd məhsulları almaq istəyirəm.Ən çox sevdiyim isə "ivanovka"süd məhsullarıdır.Hal hazırda bazarda ivanovka süd məhsullari doludur.Biz dəfələrlə əsl ivanovka mağazasına müraciət etmişik,cavab isə belə olub ki bizim bir maqazamız var.Qalan mağazaların bizə aidiyyəti yoxdur.Biz də bilirik ki bütün mağazalar satdığı ivanoka süd məhsulları saxtadir.Ancaq mubarizə apara bilmirik.Xahiş edirik bazarda olan bu cür hallarin qarşısıni alasınız.
Cavab: 

Siz haqlısınız. \"İvanovka\"nın həqiqi dükanı 2 yerdədir, Topçubaşov küçəsində və Binə qəsəbəsində. \"İvanovka\" mal nişanı ilə satılan çoxsaylı məhsulların İvanovka kəndi ilə heç bir əlaqəsi olmadığı barədə müvafiq hökumət qurumlarına dəfələrlə məlumat vermişik. Yenidən bu məsələləri araşdıracağıq.

27.12.2014
Məlahət Qasımova
Sual: Eyyub bəy salam!Sizin oturduğnuz yerin sol tərəfində parfumriya malları satılır.Hec bir malın ustündə qiymətyoxdur .Siz istehlakçı huqüqu qoruyursunuz.Nə üçün 2 metr sizdən uzaq olan yerə bir söz demirsiz.Ona da gərək şikayət ola.Xahiş edirəm tədbir görün.Əgər onu etsəniz onda bilərik ki Siz həqiqətən istehlakçı huququ qoruyursunuz.
Cavab: 

Əməkdaşlarımızla birlikdə dükanda baxış keçirdik, malların 85%-nin etiketində qiymət yazılmışdır. Tapşırıq verdik ki, digər mallara da qiymət yazılsın və istehlakçı onu kənardan görə bilsin. Qeyd edək ki, Nazirlər Kabinetinin 94 saylı qərarında qiymət kağızının kənardan görülməsi barədə heç bir tövsiyyə yoxdur. Əməkdaşlığınıza görə təşəkkür edirik.

27.12.2014
Samir Azimov
Sual: Salam her vaxtiniz xeyir men Neriman Nerimanov metro stansiyasinin yaxinliginda Ehmed Recebli kucesinde yerleshen Qizil gul adli aptekden umumi deyeri 61.80 qep deyerinde reseptle derman almisham tam 2 gun kecdikden sonra onlardan dermanlardan birini diger bir derman ile deyishdirmeye cehd etdim mal zedelenmeyib amma satici qiz mali geri goturmedim sebeb numayendeleri icaze vermedi azad istehlakcilar birliyi ve qaytarmag huququmu bildirdikde mene get harashikayet edirsen et diye cavab verdi ve haqqimi teleb etmek ucun sizden melumat isteyirem xahish ederdim komek edesiniz
Cavab: 

Xahish edirik, saytimizda olan erize formasina uygun erize yazin, imzalayin, bizim emailimize gonderin. İstehlakçı huququnuzu təmənnasız qoruyaq. 

26.12.2014
Narmin Asadova
Sual: İstehsalçı istehsal etdiyi məhsulun qablaşdırması üzrəində olan etiketdə məhsulun keyfiyyətsizli ilə baglı dəyən zərəin ödənilməsi halı üçün maksimal həddi müəyyən edə bilərmi ? Yəni məsələn istehsalçı yalnız 5.000 AZN məbləğində məsuliyyət daşıyır? İstehsal etdiyi keyfiyyətsiz məhsulla baglı dəyən ziyana görə hansı məsuliyyət daşıyır ?
Cavab: 

İstehsalçı qanunlar çərçivəsində çox şey müəyyən edə bilər. Sizin dediyiniz məsələ qanunlarda yoxdur (əlbəttə qadağan da edilməyibdir), ona görə də istehsalçı özü istərsə bunu edə bilər. 

24.12.2014
arzu eliyeva
Sual: bes men bu barede hardan oyrene bilerem??
Cavab: 

Ədliyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayın: 

(99412) 404-42-87
(99412) 404-42-88

22.12.2014
arzu eliyeva
Sual: salam.bagislayin bilmirem sualim ne derecede duzgundu.ama yene de yazim mene meslehet verin ehtiyacim var sizlere.menim 2016a qeder stopum var rusiyaya.usagim rusiya vetendasidu pasportu var.yoldasimin da var.menim pasportum yoxdu.zaqsmiz yoxdu.men nece gede bilerem bunun helli yolu nedir??????
Cavab: 

Çox təəsüf ki, bu bizim həll edə biləcəyimiz məsələ deyil. Biz təmənnasız olaraq istehlakçı hüququnu qoruyuruq. Bu məsələ bizə aid deyil. 

17.12.2014
Zemfira Quliyeva
Sual: Salam!Mən 14.12.2014 tarixinde saat 7:00-8:00 olardi "Memar Əcəmi" metrosu yaxınlığında "Lady Sharm"mağazasına daxil oldum və ordan 1 ziyafət paltarı aldım.Paltar 70 man olub endirimle 49 man-ta idi,amma heç o qiymətə uyğun mal deyil.Mal neçə dəfə geyinilib soyunulubsa istifadəyə yararsızdı.Mən də 15.12.2014 tarixində elə həmin vaxtlarda ora getdik anamla mən satıcıya malı dəyişdirməyi təklif etdim .Satıcı dedi yaxşı bax.Baxdım mənə uyğun tapmadım və qaytarmağı tələb etdik.Dedilər yox nə danışırsız olmaz.Dedilər gedib işlədib gətirmisiz.Heç mən aldığım vaxtla aparıb qaytarmaq istediyim vaxtda toy olur ki mənə o cavabı verirlər.İndi sualım budur ki,mən bu malı necə qaytara bilərəm?
Cavab: 

Saytımızdakı ərizə formasına uyğun ətraflı ərizə yazın, imzalayın, skaner ederek bizə göndərin, istehlakçı hüququnuzu təməmmasız qoruyaq.

14.12.2014
Mələk İlyasova
Sual: Salam Eyyub müəllim.Rafinə duzun ziyan olduğunu öyrənəndən sonra qaya duzu axtarmağa başladım.Naxçıvan duzunu seçdim.Amma bu duz əməlli başlı torpaqlıdı.Onu suda həll etdikdə suyun dibinə çoxlu torpaq çökür.Torpaqda isə cürbəcür mikrobların qurd yumurtalarının olduğunu bilirik.Xahiş edirəm deyərdiz bu duzu almağa dəyərmi? O bakterioloji müayinelerden keçirmi?
Cavab: 

Hazırda satışda olan, bəyaz olmayan Naxçıvan duzu arzuedilməzdir. Rafinə olunmuş duzun problemi yoxdur. Yodlu duz almağınız məsləhət olunur. 

14.12.2014
Ayaz Alakbarov
Sual: salam. bilmek isteyirem ki alinan mal nece defe deyisdirile biler?
Cavab: 

Bu barədə qanunvericilikdə məhdudiyyət yoxdur. 

13.12.2014
Seymur Civishov
Sual: Salam, Eyyub müəllim! Xahiş edirəm mənə bir sualda aydınlıq gətirəsiniz. Bilmek isderdimki alinan malin hemin gun geri qaytarmaq isdedim amma ceki atmisdim satici malin heqiqetende qusurlu oldugunu boynuna aldi amma cek yoxdur deyq mali qaytarmaqdan imtina etdi... Bele oldugu halda satici haqlidirmi? Cek olmadiqda men nece o mali geri qatrara bilerem? Bu haqda qanun ne deyir? Eger men haqliyamsa o magazani cerimelede bileremi?
Cavab: 

Qanunda çekin mövcudluğu zəruri tələbdir. Satıcı inkar etmirsə əlavə olaraq Sizin şahidiniz də varsa təşkilatımıza yazılı ərizə ilə müraciət etsəniz həll edərik. 

11.12.2014
Fətulla Hacıyev
Sual: Hörmətli EYYUB müəllim!Bu məktubu Sizə böyük bir müsəlman icması adından(1000 nəfərdən çox)onlrin xahişi ilə yazıram.Sizə inamımız çox böyükdür! Bizə deyin görək satılan hansı mallar halaldır,onlardan alaq.Bizi aldadanların Allah cəzasını versin.Səmimi hürmətlə:Fətulla Hacıyev
Cavab: 

Hörmətli F.Hacıyev, əfsuslar olsun ki, bu sahədə ciddi problemlər yaşanır. Təşkilatımız müvafiq qurumlara həqiqi mənada halallığı təsdiq etmək üçün şəffaf, kollegial qərar qəbul edən mexanizm təklif etmişdir. Təklif qəbul olunarsa, öz gözlərimlə şəhadət edib mütləq mənada halal olan mallar (xidmətlər) istehsalına nail olacağıq, İnşAllah. Bu mallar barədə məndən dəqiq məlumat alacaqsınız. Məlumatı saytımızda yerləşdirəcəyik. 

05.12.2014
Gülnar Əhmədova
Sual: Salam.mən noyabrın 2-ci 10 günlüyündə Sirr günəbaxan tumlarını almışdım. İçindən uduşlu kupon çıxdı. Televizudmuşdum.Şirkətə müraciət etdikdə, kuponu aldığım dükana verməyimi və ekspeditorlarının gələcəyini desələr də heç bir xəbər çıxmamışdır. Paketdə yazılan telefon nömrəsinə zəng etsəm də zəng çatmır. Hansı tədbirləri görə bilərəm
Cavab: 

Xahiş edirəm saytımızdakı ərizə formasına uyğun ətraflı ərizə yazın, hüququnuzu təmənnasız qoruyaq.

27.11.2014
Sevda Əliyev
Sual: Eyyub bəy salam.Ay-Min kolbasaları Qubada çox satılır və ən ucuz qiymətə.Mediyada bu məhsullar haqqında geniş məlumatlar verildi.Sizin birlik Ay-Min haqqında çox az məlumat verdi.Xahiş edirəm ictimayyətə dürüst məlumat verin.Onun tərkibinə nələr qatılır ki belə ucuz və xarab olmur,çünki həmişə otaq şəraitində satilir.Temperatur reyiminə riayət edilmir.
Cavab: 

Təşkilatımıza konkret ünvanlar göstərməklə zərər çəkilməsi barədə müraciətlər olduqda biz vəziyyəti dəyişmək üçün bütün imkanlardan istifadə edirik. Mövcud qanunlara görə mediada gedən məlumatlar əsasında dövlət orqanları yoxlamalar keçirə bilərlər. Bu kolbasalar barədə bizə rəsmi şikayət daxil olmamışdır. 

27.11.2014
mehman Mansurov
Sual: Eyyub müəllim salam."ROŞEN"konfetlərinin sonu nə ilə nəticələndi.Xahis edirəm bu haqda geniş məlumat verəsiniz,mətbuat vasitəsi ilə.
Cavab: 

Bu konfetlərin yararlılıq müddəti təşkilatımızın nəzarəti altındadır. Yararlılıq vaxtı keçmiş konfetə rast olan istehlakçının təşkilatımıza və KİV-ə müraciət etməsini xahiş edirəm. Hələ ki, yararlılıq vaxtı keçmiş konfetlər müşahidə olunmur.

27.11.2014
Tofiq Muradov
Sual: "Ag sheher" kompleksinde menzil almisham. muqavilede 140 m2 yazilib, menzili divardan divara olchmushem 130 m2. Satici deyir ki, gerek divarlarin galinligini da olchuye elave edeydim. halbu ki, menzilin qiymeti hesablanarken neinki divarlar, hemchinin bunovre, dam ortuyu, pilleken qefesesi, lift shaxtasi, hetta, bina etrafi sahenin abadlashdirilmasi xercleri artiq nezere alinib. Xahish edirem yeni tikililerde qiymetin ne cur hesablanmasina aydinliq getiresiniz.Tofiq M
Cavab: 

Hörmətli Tofiq müəllim, çox əfsuslar olsun ki, bu problem geniş yayılıb və bu məsələ istehlakçı hüquqlarının pozulmasıdır. Mənzil bazarında tələb təklifi üstələdiyi üçün (1:3) bu cür hüquq pozmalar baş verir. Düşünürəm kiç məsələnin həlli üçün sənədləri toplayıb məhkəməyə müraciət etsəniz nəticə əldə olunar.  

25.11.2014
elshan musayev
Sual: Evvel bir texbaxish var idi, avtomobillere.Indi muxtelif icea orqanlari ozlerine serf eden (ilde bir yox,bir neche defe ,texniki,tibbi,daha ne "muayine"adi altinda mudaxile etmeye imkan yaradan )qanunlarin qebul edilmesine nail olmaqla sade istehlakchilara,ferdi ishle meshgul olan sahibkarlara maddi ve menevi problemler yaradirlar! Bunun qarshisinda dayanan bir teshkilat olaraq AZAD ISTEHLAKCHILAR BIRLIYININ movqeyini bilmek isterdim.
Cavab: 

Hörmətli Elşən bəy, Rica edirəm, konkret faktlara əsaslanan ərizə yazın, təmənnasız olaraq köməyimizi göstərək. 

23.11.2014
Zerife Agayeva
Sual: Salam. 19.11.2014 il tarixinde,qisha hazirlanmag meqsedi ile,sheherimizin magazalarinin birde ozume Kurtka aldim.Lakin yagiw dunenden yagdigina gore ilk defe Dunen geyindim ve yagishda eve gelib chatana geder eynimde Butun paltarlarim oldu su.Kurtka su buraxirmiw.halbuki saticida Dedi ve kurtkanin ustune yazilib ki su ke4irtmir.Bu gun hemen kurtkayla getdim yeniden o magazaya ki qaytariram,bu nem qalmagdan sehere kimi qurumadigi uchun tam ve ichi siltepon oldugu uchun nem iyiyibde.Saticilar baxdi,kurtkanin ich terefden nem oldugunu gorduler Lakin satici olduglarin uchun Ellerinden he4 Bir shey gelmediylerini mudriyet olmadiglari uchun qaytara bilmezder.mudurun kim oldugunun adini bele demediler.Malin birkasi,onu alanda Ona gore verilen chek ve Malin ozu mendedi.Men kime shikaet etmeliyemki bu magaza satdiglari mallarina yiye dursunlar?
Cavab: 

Saytimizda gosterilen erize formasina uygun etrafli erize yazin, imza qoyaraq skaner edin bizə göndərin. İstehlakçı hüququnuz təmənnasız qorunacaq. 

17.11.2014
Çingiz Mikayılov
Sual: Salam, Eyyub müəllim! Xahiş edirəm mənə bir sualda aydınlıq gətirəsiniz. Qanuna görə hər hansı bir market öz alıcılarından şəxsi əşyalarını və ya başqa bir yerdən alınan mallarını marketin saxlanma kameralarına qoymaq tələb edə bilərmi? Bu hadisə ilə bağla haraya müraciət etmək olar?
Cavab: 

Bu məsələ heç bir qanunda tənzimlənmir. Market biznes qurumdur. Özlərinin daxili qaydaalri mövcuddur. Qanunları pozmayan daxili qaydaları tətbiq edə bilərlər. 

17.11.2014
Eldar Nasibov
Sual: Eyyub müəllim salam.Siz AY-MİN kolbasa sexi haqqında bizə məlumat vermədiniz.Mən həmin sexdə işləmişəm.Ona görədə sizə sex haqqında məlumat verməyi özümə borc bildim.Əvvəlcədən təşəkkür edirəm.
Cavab: 

Hörmətli Eldar müəllim, Sizdən fərqli olaraq bəzən şəxslər digərinin biznesinə problem yaratmaq üçün bizə məlumatlar verirlər. Səmimiliyinizə inanırıq, rica edirik bizə rəsmi ərizə yazın, ərizədə ünvan, telefon və imza qoyun. 

15.11.2014
tamella muxtarova
Sual: orqan ne demekdir.insan huquqlarini qoruyan orqanlara nece mektub yazaram
Cavab: 

Orqan - təşkilat , qurum deməkdir. Məktub və ya ərizəni  yazmaq üçün orqanın ünvanını tapın, Bundan sonra kağız, qələm, poçt ....

13.11.2014
Nazilə Şabanova
Sual: Eyyub muəllim salam .uşaq qidaları satan firmalar nə işlərlə məşğuldur onu bir allah bilir.Həkimlərə nə qədər faiz verilir.Ona görə də qiymətlər daha da yüksək olur.Həkimlər firmalar tərəfindən təzyiqə məruz qalır.Firmalar aksion oyununa keçib.Kim çox pul verərsə həkimlər həmin firmanın ğidalarinı körpələrə yazır.Bu haqda siz hər hansı işlər görörsünüzüvə nəticəsi ola bilərmi.Xahis edirəm belə işlərə son qoyulması üçün lazımı tədbirlər görəsiniz.
Cavab: 

Hörmətli Nazilə xanım, təşkilatımıza bu sahə ilə bağlı yaradılmış komissiyaya üzv olun, cəmiyyətimizə daha çox fayda verin. Çəkinmədən həkimlərin adı, süni qidanın adı və s. göstərilən, imzanız, ünvanınız, telefonunuz olan ərizə yazın. Bəli pediatorlar süni qidanı təbliğ edir, bu qanuna ziddir. Siz də dəstək verin bu məsələləri həll edək. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37   38    39    40    41    42    43    44    45  
read more...
read more...
read more...
read more...
Copyright © 2007 Independent Consumer Union of Azerbaijan! All rights reserved. Created by  Lider web studio