İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Home page Map Contact
N e w s L i n e
Dekabr-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (284)
Dunen ziyarətçilər: (499)
Bu gün səhifə baxışı: (606)
Dünən səhifə baxışı: (583)
Question-Answer
Sual yaz
04.04.2015
Səkinə Yusifova
Sual: Eyyub müəllim, salam. Mən qaz xəttini özüm çəkdirmişəm.Təkcə sayğac və kod almaq üçün məndən 250-dən başlayaraq 400 manatadək pul istəyirlər.Dəqiq məbləği deyən yoxdur. Bu haqda məlumatı hardan əldə etmək olar? Təşəkkür edirəm.
Cavab: 

Qaz  xəttini lisenziyası olan təşkilat çəkməlidir. Sayğac pulsuzdur. Geniş məlumatı İqtisadiyyat və Sənaye Nazirliyinin 195 (2) nömrəsi vasitəsi ilə ala bilərsiniz. 

02.04.2015
sevda sadixzade
Sual: Salam cox hormetli Eyyub muellim!Men size oz derin tesekkurumu bildirmek isterdim.Hamiya melumdur ki, bashqa olkelerden,ve sheherlerden ferqli olaraq bizim Baki sheherinde maqazalardan ve hetta bahali brend dukanlarindan alinan mallar alindiqdan 1 saat sonra bele qeri qaytarilmir.Men bu hallarla uzleshdikde Azad Istehlakcilar Birliyine shikayet edecem,siz menim huququmu pozursuz dedikden sonra dinmez soylemez mali qeri qotururler.Elbette ki aldiqim mala hec bir zerer vurulmayibsa,alish cekim varsa ve14 qun muddeti kecmeyibse.Eyyub muellim,size, bashqisi olduqunuz muesiseye uzunomurlu olmaqini, size biz sade insanlara tek varliqinizla bele destek olduqunuza qore teshekkur edirem.ALLAH YAR VE YDIMCINIZ OLSUN!
Cavab: 

Hormetli Sevda xanim, chox sag olun, teshekkur edirem. Her zaman Azad Istehlakchilar Birliyinin (AIB) adindan haqq-edalet namine istifade ede bilersiniz. 

29.03.2015
Vaqif Manafov
Sual: Indi az adam tapilar ki, Ciko tumu almasin. Paketi achanda ichinden bir eded konfet ve ya bir lotareya chixir.Bildiyiniz kimi udushda verilmish her hansi bir eshya 6 hisseye bolunub ve kim 6 hisseni tapib bir yere toplasa hemin eshyani udur.. Mektebli olan qonshu ushagi nese udmaq uchun butun udush lotareyalarini yigir. Indiyecen azi 100 denesini yigib. Deme bunlar 4-cu hisseden bashqa butun hisseleri (1; 2; 3; 5; ve 6-ci hisseler) lotareyalara qoyublar. Buna emin olmaq uchun muxtelif marketlerin her birinden 3-5 eded Ciko tumlarindan aldim. Men de hemin menzerenin shahidi oldum, 1 eded konfet ve ya 4-cu hisseden bashqa butun nomreler...Hech bir marketde aldiginiz Ciko paketinde 4-cu hisseye rast gele bilmeyeceksiniz.
Cavab: 

Hörmətli Vaqif müəllim, vaxtılə təşkilatımız insanları aldadan 23-ə qədər \"lotoreya oyunları\" keçirən qurumu ifşa edib, bazardan çıxartmağa nail olub. Yazdığınız məsələ ilə bağlı mən bu gün qiymətli kağızlar komitəsində görüş zamanı müzakirə aparacam. Lakin bütün hallarda fikirlərinizi mənə ərizə şəklində yazın, Sizinlə birlikdə bu işin dərin tədqiqatını aparaq. Saytımızda göstərilən ərizə formasına baxın, ona uyğun ərizə yazın. 

25.03.2015
ayxan imanov
Sual: Salam qardas,men deyerdiz zehmet olmasa bax menAzerbaycan vetandawiyam men qaldigim rayonda polisder mene imkan vermir yawamaga meni werliyib tutdumaq istiyirler men oz vetendawligimnnan imtina edib hansisa xarici vetendawligi nece qebul ederem mene bu barede bir cavab deyerdiz
Cavab: 

Hörmətli Ayxan, polislər xarici ölkədə də amansızdırlar. Məsləhət görürəm vətəndaşlıqdan imtina etməyin. Rəsmi ərizə ilə yuxarı dövlət orqanlarına müraciət edin. Siz haqlısınızsa polis mütləq cəzalandırılacaqdır. 

21.03.2015
yusif osmanov
Sual: Salam. Mənim azercell və bakcell şirkətlərindən şikayətim vsr. Beləki nömrəmi çox asanlıqla lazımsız sayıtlara abunə edilir və sonra lazımsız sms lər göndərməklə hesbımdan əlavə xərclər çıxılır. Ən əsası da, 09.03.2015 ci il tarixində azercellə aid danışıq kartı yükləyərkən şifrənin 31.12.2014 ci il tarixdə yükləndiyi məlum oldu. Həmin vaxtdan azercelə müraciət etmişəm, araşdırırıq deyib vaxt uzadırlar. Xahiş edirəm bununla əlaqəli mənə kömək edin.
Cavab: 

Saytımızda göstərilən ərizə formasına uyğun ətraflı ərizə yazın, imzalayın, skner edərək bizə göndərin, təmənnasız köməkliyimizi göstərək. 

19.03.2015
Amin Farzaliyev
Sual: Salam hər vaxtınız xeyir, mən manatın məzənnəsi dollara nəzərən təxminən 0.7850 olanda telefon almışdım 3 aylıq faizsiz kreditlə, devalvasiyadan sonra mənim ödəməli olduğum krediti yeni məzənnə ilə hesablayırlar, halbu ki, mən telefonu alarkən mənə onun qiymətinin 550 azn olduğunu bildirmişdilər, baxmayaraq ki, biz Azərbaycan Respublikasında yaşayırıq və telefon mənə satılarkən qiymət 550 azn deyildiyi halda müqavilədə qiymət dollar ekvivalenti ilə göstərilir, bu nə dərəcədə düzgündür? Düşünürəm müqavilədə qiymət dollar ekvivalenti ilə göstərilirsə bu artıq qanuna ziddir. Mümkünsə mənə bu barədə məsləhət verərdiniz.
Cavab: 

Bu məsələ ölkəmizdə ciddi bir problemdir. Yalnız məhkəməyə müraciət etməklə ədaləti bərpa edə bilərsiniz. 

17.03.2015
Sərvaz Məhərrəmov
Sual: Salam.Mən neçə illər azərsell abunəçisiyəm.8228-dən gələn messajlar necə ildir ki,məni təngə gətirib,amma bu messajları göndərməmək üçün 8228-ə yazanda 1 man pul tuturlar.Siz mənə deyin,bu köhnə peşə sahiblərindən necə qurtulmaq olar?
Cavab: 

Xahish edirik saytımızda göstərilən ərizə formasına uyğun ərizə yazın, imzalayaraq bizə göndərin, hüququnuzu təmənnasız qoruyaq.

13.03.2015
Eli emirov
Sual: Salam.men ev tikdirmiwem ve o evin matrialindan 7 min manat borcum qalib tek taxtayla wifere olan borcum qalib bir nefere indi o adam da mene drenib ki pulu butov ver mende butiv vere bilmirem deyirem ayda az az verim razi deyil menle deyr evi alacam elinden ya sokdurecem vermesen butov.evinde senedi var menim adimdi.ve men ondan matrial goturende hec bir senete imza atmamiwam.sadece demiwem gonderib.o evi ala biler ya sokdure biler mehkemeye verse.xaiw edirem yol gosterin mene.ya mehkemeye verse men onu ayliq az az odeye bilerem.
Cavab: 

Material veren Sizin borclu oldugunuzu subut ederse evi satisha chixardirar ve ya ozu ala biler. 

12.03.2015
Emily Sharif
Sual: SALAM XALQ.Birlikdə sizin yuxu, layihə, təhsil, tikinti və Biznes reallığa edə bilərsiniz ......Biz Beynəlxalq şirkətlər, kiçik biznes və yerli Limited Şirkəti, eləcə də fərdi istehlakçılar üçün kreditlərin bir sıra təklif edirik.Bizim kredit paketi uzun və ya qısa və ya müddətli ola bilər, arzularım istədiyiniz.Belə TƏHSİL, Biznes xidmətlər, borc konsolidasiya, ƏMLAK İNVESTİSİYA, kredit LAYİHƏ HƏYATA, ƏMLAK İNKİŞAF kimi kredit formula yardım olan gün seçin və lazım olan vəsait sürətli və səmərəli almaq.Qeyd; No girov bizim kredit üçün müraciət üçün lazım və biz sizin ideyaları inkişaf etdirmək üçün 2% aşağı faiz dərəcəsi təklif edir.E-poçt vasitəsilə gün əlaqə: emilysharifloanfirm@gmail.com və emilysharif@loan.comYaxşı bir şöhrət, No pis kredit Record və borc çox varsa, bizim peşəkar komanda sizin üçün kredit proqramı strukturu edə bilərsiniz.təşəkkürEmily Sharif Kredit Firm
Cavab: 

Bu məsələyə bizim marağımız yoxdur. 

11.03.2015
seadet rzayeva
Sual: Salam,bu gun marketde alus verise girdiyim zaman elimdeki paketi skafa qoymagimi teleb etdi kassirler,hansiki skafin qapilari yox,siniq-salxaq,acari yox,muhafizesi yox,mense ora etibar etmediyimi bildirdikde etiraz etdiler ve kassirler biz baxacagiq cvbini verdiler,mudurde kassirleri tekrar ederek paketle marketden alus veris ede bilmezsiz deyerek meni geri qaytardilar,mudurun dediyine gore menim paketle alus veris etmeyim 10manat cerime imis onlarcun,bes etibarsizskaf isletmek cerime sayilmirmi?buna gore mene xidmet gostermemekleri menim huquqlarimi pozmus olurmu?evvelceden tesekkur edirem.
Cavab: 

Cərimə qeyri-qanunidir. Ərizə yazın, orada vəziyyəti qaydaya salaq. 

10.03.2015
Semed Axundov
Sual: Eyyub müəllim salam!ARAZ marketlərdə gedən biabırçilığa son qoymaq lazimdır.Kassada aldadirlar.Vitrində malın qiyməti başqadır kassada başqadır.Vaxtı keçmiş mal satirlar.Deyən kimi adama hücuma keçirlər.Sizin verdiyiniz platin nisanin adına böyük ləkədir.Mən onlardan sözün düzü qorxuram.Xahis edirəm bu haqda mətbuata və dövlətə məlumat verəsiniz.ƏVVƏLCƏDƏN ÖZ təçəkkütümü bildirirəm.Çox rica edirəm diqqətlə yanaşasınız.Biganəlik olmasın.
Cavab: 

Verdiyimiz platin nişanın Araz marketlə heç bir əlaqəsi yoxdur. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin 195 (2) nömrəsinə zəng vurun, məlumat verin. 

09.03.2015
ekrem esgerov
Sual: qiymet artimi en cox xalqlarda azer aptekdedir.
Cavab: 

Bizə rəsmi ərizə ilə müraciət edin qarşısını alaq və ya 195(2) nömrəsinə zəng edin. 

09.03.2015
Etibar Memmedov
Sual: Salam .men bilmek isterdim ki uc ay bunnan qabaq dollarla 2700 kredit goturmusem dollarin qalxmagi ile geri qaytarma menim ucun cox cetin hetta mumkunsuz olacaq kohne kursla vaxtinda geri qaytarsam maksimum ne ola biler?tesekkurler
Cavab: 

Məsləhət görürəm bankınıza rəsmi ərizə ilə müraciət edin. Köhnə kursla qaytarsan bank istərsə, səni məhkəməyə verib, fərqi almaq barədə iddia qaldıra bilər. 

06.03.2015
Emirxan zergerov
Sual: Salam men bir ilden coxdur ki rusyadayam menim Azerbaycanda Aliment borcum var menim burda problemlerim olduguna gore alimentimi odeye bilmemisem 750 azn indi mene vetennen deyirler ki,axtariwa veribler men getmek istiyirem Azerbaycana mene deyin zehmet olmasa 750 azne gore ne qeder is dusur mene mumkundurse yuxardaki nomreye sms vasitesi le cavab yazin qisa bendde xais edirem mene bunu orgenmek mene vacibdir
Cavab: 

Biz istehlakçı hüquqları ilə məşğul oluruq. Zəng et soruş Habil İsgəndərovdan (tel: 050 314 81 88)

06.03.2015
Elgun Tagiyev
Sual: Salam.menim banklara borcum cox oldugunnan odeye bilmirem.banklarda her gun zeng edir deyirem pulum yoxdu.eger odemesem bank mene ne ede biler?mennen neyise musadire ede biler?menim adimda ne ev nede masin var .men ata evinde qaliram aileliyem.xais edirem mene komeklik gosteresiniz.tesekkur edirem
Cavab: 

Meslehet gorurem zeng edin Habil muellime (huquqsunas tel:050 314 81 88)

03.03.2015
Eli emirov
Sual: Salam.sizle nece goruwmek olar realda.unvani deyerdiz mumkunse.
Cavab: 

Bizimlə görüşmək sadədir. Ünvan: Nəsimi rayonu, S.Rəhimov küçəsi 201/10, tel: 012 441 28 33, 012 449 89 95, 050 341 62 25

03.03.2015
ali salamov
Sual: 20 yanvar metrosundan üzü samaxinkaya gedən yolun sağ hissəsində 16 mərtəbəli binanın 1-ci mərtəbəsində soyuducu hissələri satılır.həmisə aldığım motvə digər hissələrən azi 20 manat bahalaşıb.satıcı mən heç kiməm müdirə deyin.Qiyməti o qaldirib və heç kimdən də qorxmur.Deyir mal mənimdi neçəyə istəsəm o qimətə də satacam.Mən dəfələrlə iqtisadi inkişaf nazirliyinin 20 yanvarda olan söbəsinə getdim dedilər sabah gəlin .Mənim elə vaxtım yoxdur ki,gündə oralarda gəzim.kassa çeki təıəb etdim vermədilər.Mən şikayət edəcəm deyəndə.get hara istəyirsən şikayət et,biz hec kimdən qorxmurux,çünki biz oğurluq etmirik.Qiymət ərzağa aiddir.xahiş edirəm bu haqda tədbir görün və iqtisadi inkişaf nazirliyinə də məlumat verin.həmin yerdə mağaza birdir.ümidim sizədir,çünki dövlət orqanları sizin müraciətinizə dərhal cavab verir.
Cavab: 

Yalnız bizə bu barədə imza qoymaqla rəsmi ərizə yazsanız dövlət orqanına rəsmi müraciət edərik. Əks halda məsləhət görürəm ki, 195 (1) VN-e, 195 (2) İqtisadiyyat və Sənaye Nazirliyinə məlumat verin. 

02.03.2015
pərvanə kazımova
Sual: Salam! Mən bankdan dollarla kredit götürmüşəm. Bilirsiniz ki, bir gecədə dolların məzənnəsi təxminən 30 faiz artdı. Yəni mən götürdüyüm kreditin hər 100 dolları üçün 28 manat artıq ödəməliyəm. Mənim vəziyyətimdə olan minlərlə adam var. Sizin təşkilat əlaqədar təşkilatlar qarşısında bu problemi qaldıra bilərmi!
Cavab: 

Bəli,  bu problem var.

a) Məsləhət görülür ki, ərizə ilə banka müraciət edin. 

b) Məhkəməyə müraciət edin. 

c) Bizim təşkilata müraciət etsəniz səsini istənilən dövlət qurumuna çatdıra bilərik. 

28.02.2015
Eli emirov
Sual: Yuxarda yazmiwdim size o borcumu mehkeme yoluyla ayliq odeye bilerem.
Cavab: 

Bəli, məhkəmə qərarı olsa, ödəyə bilərsiniz. 

28.02.2015
Eli Amirov
Sual: Salam.menim borcum var bir nece adama mueyyen sebeblerden onu butov odeye bilmirem.xaiw edirem mene komek edin yol gosterin.
Cavab: 

Çalışın danışıq yolu ilə razılaşın. Bu baş tutmasa məhkəmə yolu ilə razılığa gəlin. 

27.02.2015
Yegana Ramazanova
Sual: Salam. Mən fevral ayının əvvəlində Kontakt magazalar şəbəkəsindən soyuducu almışam. Kreditlə aldım, ilkin ödənişsiz. ilkin ödənişi isə mart ayında etməliyəm. Qeyd edim ki, soyuducunun qiyməti manatladır, lakin men krediti dollarla ödəməliyəm. Manatın məzənnəsinin aşağı düşməsi ilə əlaqədar mənim təxminən 1100 manata aldığım soyuducu ayda 150 manat verdiyim kreditlə mənə 1600-1700 manata başa gələcək. mənim isə buna maddi imkanım yoxdur. müqavilədə qeyd olunub ki, men krediti aylıq ödəniş etdiyim vaxt AZNABŞ məzənnəsinə uyğun ödəməliyəm. Qeyd edim ki, dunen anam hemin magazaya yaxinlasaraq, soyuducunun pulunu nağd ödəmək istədiyini qeyd edib. magazada ise bununla razılaşmayıblar ve bunun qeyri-mümkün olduğunu bildiriblər. 1100 manata aldığım soyuducunu indi 1100 manat nagd pul verib almağa icazem yoxdur. bilmek istəyirəm bu məsələdə huququmu qoruya bileremmi?zehmet olmasa cavablandırın
Cavab: 

Məsləhət görürəm ki, banka ərizə ilə müraciət edin. Həll olunmasa məhkəmə  yolu ilə həllinə çalışın. 

25.02.2015
murad memmedli
Sual: salam.zehmet olmasa sualima cavab veresiniz.Atam QNEYT sirketinden mal sifaris verib,mali 3 aydiki getirib cixartmirlar.hemde oyrenmisem hemin mallarin qiymeti bazar qiymetinden qatba qat asagidi.biz onlardan pulumuzu geri ala bilerikmi?ve nece?sagolun
Cavab: 

Ətraflı ərizə yazın. TC kodunuzu göstərin, Ş/V və TC kodun surətini ərizəyə əlavə edin, xaricə sorğu edim. Yalnız malı almaq oalr. 

23.02.2015
Agasalim Aliyev
Sual: Salam. Sualimi cavablandirdiginiz ucun size tesekkur edirem. Muqavileni oxudum. Orada bele bir qeyd var: Zemanet muddetinden sonra Servis xidmeti (her cagiris ucun) - 10 man. altda yazilib: Servis xidmetleri - Abunecinin gunahi ve yaxud mudaxilesi neticesinde yaranan nasazliqlarin Proveayder terefinden aradan qaldirilmasinin servis haqqi: 10 man (her cagiris ucun). Mende problem bizden deyil olardandir. Men onlara deyirem ki gel evden duzelt nese nasazliq varsa 10 manat odeyim. Amma onlar deyir usta geldi 10 manat odemelisen. Duzeldi-duzelmedi ferqi yoxdur. Eger duzelmese o mene ne servis gosterib ki mende pul odeyim. 2 aydir qosulmusam. Men muqavileni size (eyub@consumer.baku.az) gonderirem. Xahis edirem muqavile ile tanis olub mene melumat verin. Tesekkur edirem.
Cavab: 

Hormetli Agaselim muellim, sizin sualiniz email vasitesi ile cavablandirilib.

22.02.2015
Agasalim Aliyev
Sual: Salam. Men 2 aydir CONNECT MMC-nin TV xidmetinden istifade edirem. Iki kanalda problem olmasi haqqinda defelerle texniki sobe ile elaqe saxlamisam. Evveller mene soyleyirdiler ki problem biz terefdendir. Yoxlayib aradan qaldiracagiq. Lakin bir netice elde ede bilmedim. Sonra zeng edende ise bildirdimki problem hell olunmuyub ve necenci defedir zeng edirem. Mene soylediler usta gelib yoxlamalidir. Qiymeti sorusanda soylediler duzelse pul odeyeceksen. Men de razilssdim. Usta geldi siqnali yoxlayib problem olmadigini dedi. Bizde basqa kanallar normal gosterir. Yalniz iki kanalda problem var. Usta dedi ki fevral ayinin 15den sonra duzelmelidir. Gozledim. Vaxt kecdi. Problem duzelmedi. Yeniden texniki sobeye zeng etdim. Problemin qaldigini soyledim. Mene dedi yeniden usta gelmelidir. Dedim usta geldi baxdi bizden deyil. Sobeden dediler ki yeniden usta mutleq gelmelidir. Mende dedim yaxsi raziyam. Qiymeti sorusdum. Mene dedi usta gelecek duzeldi duzelmrdi 10 manat odemelisen. Indi men bu barede bas ofise yaxinlasib sikayet edecem. Sizden sorusmaq isteyirem ki, bu duzeldi duzeldi 10 manat odemek menim istehlacki huquqlarimi pozur ya yox. Eger problem hell olunmasa men huquqlarimin pozulmasina dair aidiyyati orqanlara sikayet ede bilerem? Onu da qeyd edimki problemli tek men deyilem. Bu sirket oz xidmetini yaxsi yerine yetire bilmir. Musterilerden pul almaqla mesguldur. Xahis edirem mene meslehet veresiniz ne edim. Tesekkur edirem.
Cavab: 

Coonect ile Sizin aranızda bağlanmış müqavilə çərtlərində 10 manat məsələsi varsa, onlar haqlıdır. Əks halda bizə ətraflı ərizə yazın, kömək edək. 

20.02.2015
vahid aslanov
Sual: Salam.Sizdən çox xahiş edirəm ki,İvanovka məsələsini ciddi araşdırıb istehlakçılara məlumat verəsiniz.İsmayıllının İVANOVKA kəndində nə qədər mal qara saxlanır ki,Bakı səhərinin ticarət şəbəkələri İvanovka süd məhsulları ilə doludur.Ciddi monitorinq aparılsa ticarət şəbəkələrində500 tondan çox İvaonovka süd məhsulları var.Bunun da bəlkə də 80 %-i UZUN ÖMÜR İVANOVKA-nın payına düşür.Bu çox gülməli və acınacaqlı haldır.Sexdə işləyənlərdən əldə etdiyim məlumata görə bütün istehsal quru süddəndir.Bunu bütün dövlət orqanları bilir,ancaq,susur.Guya GEM,QOSSTANDART,İqtisadi İnkişaf Nazirliyi və Baytarlıq komitəsi sexə gedən zaman quru südlə təmiz südü ayrıd edə bilmirlər,bilirlər.Ancaq yalançı sertifikat verməkdən baçqa əllərindən bir iş gəlmir.Hal-hazirda AER firması da İVANOVKA adi altında süd məhsulları buraxır.ÇUNKİ TƏLƏBAT VAR.Çox xahiş edirəm.bu haqda ciddi mübarizə aparın.Xalqa yazığınız gəlsin.
Cavab: 

Dəfələrlə bu barədə İqtisadiiyat və Sənaye Nazirliyinə, Standart xidmərinə məlumat vermişik, hələ ki müsbət nəticə yoxdur. Bü günlərdə AER firmasının mallarını araşdıracağıq. 

18.02.2015
Aliyə Bərguşadlı
Sual: Mən Almaniyada yaşayıram ildə 40 gün Azərbaycana oluram mənim mobil telefonum bir ay Bakıda işlədikdən sonra işləmədi.Ddilər təzədən qeydiyyatdan keç,keçdim ikinci il gələndə isə tamamilə işləmədi.Yenə qeydiyyatdan keçməyi məsləhət gördülər.Bu hansı qanuna uyğundur.
Cavab: 

Hansı mobil operatorla müqavilə bağlanıbsa, müqavilənin şərtlərinə baxın. Əgər Sizi narahat edən şərt yoxdursa, ərizə ilə bizə müraciət edin, həll edək. 

15.02.2015
Vəliyəddin Quliyev
Sual: Salam mən fevralın 14-də 28 Mall Ticarət mərkəzində yerləşən İdeal Parfumeriya mağazasından endirimlə 52 AZN hədiyyəlik kişi ətiri almışam.Ətiri ad günü üçün hədiyyə verəcəyim şəxs mən bilmədiyimdən 3 gün əvvəl ölkədən gedib.Hal-hazırda ətir qablaşdırmasına heç bir əl dəymədən məndədir.Sadəcə qəbzini atmışam və həmdə həmin ətiri bank kartı vasitəsiylə almışam.Onu geri qaytara bilərəm ?
Cavab: 

Mövcud qanunvericiliyə görə parfumeriya malları dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır. 

14.02.2015
anonim anonim
Sual: Salam . Bir de ki bilmek istərdim ərizəni və etibarnaməni yazib poçt vasitəsilə həmin şəhərə göndərmək olar?
Cavab: 

Bu mümkündür.

13.02.2015
Nəbi Əmrahlı
Sual: Axshminiz xeyir olsun !Deye bilersinizmi ne vaxta qeder,apteklerin fealliyyeti nezaretsiz qalacaq?Bunlarin ozbashnaliqlari oz heddi-hududu bilmir,buna son qoyacaq bir qurum movcuddurmu?
Cavab: 

Bu işlərə Səhiyyə Nazirliyi mümkün nəzarəti edir, ünvanı göstərməklə konkret şikayətiniz olarsa, vəziyyəti yaxşılaşdırmaq olar. 

13.02.2015
Vusal Veliyev
Sual: Salam. Bagisliyin rahatsiz etdiymiz ucun. Biz hazsiz olaraq mekkemeni uduzduq artiq qetname cxarlib is icraya gonderlecek bu ay erzinde. sohbet 15000 azn dan gedir. qazancmiz cox azdi mulk masin hec bir pula deyer birseymiz yoxdur. amma pulu qayraracagmizi eminlikle deyirik amma az az bir ile qeder. icraci eks halda bize ne sixinti vere biler. Mumkunse etrafli cavab yazasniz. Cox sag olun.
Cavab: 

Qarşı tərəflə müqavilə bağlayıb, qarşılıqlı razılaşma şərti ilə hissə-hissə qaytara bilərsiniz. Bu müqavilə icraçının iştirakı ilə bağlanır. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36   37    38    39    40    41    42    43    44    45  
read more...
read more...
read more...
read more...
Copyright © 2007 Independent Consumer Union of Azerbaijan! All rights reserved. Created by  Lider web studio