|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (152) |
|
Dunen ziyarətçilər: (169) |
|
Bu gün səhifə baxışı: (189) |
|
Dünən səhifə baxışı: (256) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
08.02.2019 |
Senan Mehmanoglu |
Sual: Sualim beledir menim xirda borcum var 107 azn bir adama borcum var 40 azn bir adama . bunlarda meni hedeleyillerki vereceyik Polise falan Sadece bilmek isteyirem eger meni sikayyet eleseer ustume dusen cezam ne olacaq hansi cezalar meni gozleyir zehmet olmasa melumat vere bilersiz .? Tesekkurler |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z edin Habil:(050)3148188 |
|
|
|
|
08.02.2019 |
Ramila Esrefli |
Sual: Nigah zamanı ər xanımının soyadını götürə bilər? eger götürə bilerse buna hansı senedler lazımdır? |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z edin Habil:(050)3148188 |
|
|
|
|
06.02.2019 |
GOYCEK GOYCEK |
Sual: SALAM MENIM ANAM ATAM VEFAT EDIB MENIM ANAMDA ATAMDA NECE IL QARADAG RAYONU SEMENT ZAVODUNDA ISLEYIBLER.NECE IL IS STAJLARI VAR.IKISIDE PENSIYA YENI DUZELTMISDILER.VEFAT ETDILER.MEN BILMEK ISTEYIREM ONLARIN HANSININSA PENSIYASINI VERESESI KIMI DUZELDIB ALA BILEREMMI,XAIS EDIREM CAVABLANDIRASINIZ. |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z edin Habil:(050)3148188 |
|
|
|
|
04.02.2019 |
Zaur imanov |
Sual: Dünen axşam saatlarında yaşadığım menzile iki nefer gelerek su filtri satdıqları ilə dedilər.Daha sonra menimle muqavile bağlayaraq iki illik ayliq 70 manata filtri menzile qurasdirdilar.Ancaq men internetden arasdirdimki bunlar fırıldaqçılar.Bu məhsulu nece geri qaytara bilerem? |
Cavab: Ətraflı ərizə yazın vəya 195(2)telfonu ilə dövlət qurumuna şikayət edin |
|
|
|
|
30.01.2019 |
Gulya Bayramova |
Sual: Salam. Maqazada kartla aliş veriş eden zaman o mali deyişmel ya qaytarma olmaz?? Çünkü bu gun kartla ayaqabi almaq istedik , dediler ki deyişme qaytrama olmaz qanunidir bu? |
Cavab: Sizin hüququnuz var!Satıcı sıhv edir. |
|
|
|
|
27.01.2019 |
Vusal Baxsizade |
Sual: Salam.Men Rus vetendasi olan Azərbaycanlıyla ile 2010 cu ildə evlenmisem.2015 ci ildə Rusiyada menden xeberler ayrılıb.Nigahimiz burda bağlananda Rusiyada xitam verilib.Sizden öyrənmək istədiyim Özü Rusiyada ola ola Cehezlerini bölgüsünü anası aparmaq istəyir.Sizce qanunda bele boşluq var???menim səlahiyyətim var keçmiş heyat yoldaşım olmadan bu mesele alinmasin |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z edin Habil:(050)3148188 |
|
|
|
|
22.01.2019 |
Sahin Orucov |
Sual: Salam bu yaxinlarda dayandigim yerde bir qadiin mawinimin qabaginda dawa iliwib yixildi.Komek meqsediyle xestexanaya appardim hec bir zede almiyib sadece bawi yerde dawa deymiwdi xestexanada bir gun yatib evede mualice almagcin buraxilib.izahatda alinib mennende qadinnanda qadinda hecbir wikayeti yoxdur ne var onuda duzgun qeyd edib.indide mustentik mennen izahat aldi dediki iw mehkkemeye gedecek hecne anlamiram.eger mehkemeye gedecekse meni ne gozleyir?Xaiw edirem bilgiler veresiz mene. |
Cavab: Biz İstehlakçı hüququnu qoruyuruq sual bizə aid deyil!Hüquqşünasa Z edin.Habil:(050 )3148188 |
|
|
|
|
17.01.2019 |
Nurlan Manafov |
Sual: salam men yaxin bir adama etibarname vermek istayirem natariusda woin acmagcun bunun tehlukeli terefleri var? |
Cavab: Sual bizə aid deyilşVəkilə Z edin. Seyran 0503253701 |
|
|
|
|
13.01.2019 |
Taleh Babayev |
Sual: Salam.Men 1 il fi mawin almiwam lizinge,alinan gunen 1 hefte sonra mawinin karobkasinda problem chixdi,servise muraciyet edende dediler bu normaldir,herdefe gedende servise deyirdimki bele olmaz karobka xarabdir.Axirda men deyenen razilawdilar ki mawinin karobkasi brakdir,mawin chox az surulub 6000 1 il erzinde,hindide hercur uzadirlar remontu.Men mawini salona gaytara bilerem? |
Cavab: Məsləhət edirəm,Sizin hüququnuzu qorumağa cavabdeh dövlət qurununa mqraciət edin:Tel 195(2) və ya 0124981504 |
|
|
|
|
04.01.2019 |
Lәman Verdiyeva |
Sual: "İdeal" parfümeriya mağazısının öz hәdiyyә kartını geri qaytarmamağa hüququ var? |
Cavab: Qaytarmalıdır. |
|
|
|
|
26.12.2018 |
n memmedov |
Sual: salam menim atam qeza neticesinde dunyasini deyisdi.qezani toreden sexsi sikayet elemedim ama indi siyayet elemek isdiyirem cezasini ceksin.iki il vaxt kecib hadiseden. indi sikayet ede bileremmi? |
Cavab: Edə bilərsən.Vəkillə məsləhətləş.Seyran 0503253701 |
|
|
|
|
24.12.2018 |
Anonim Anonim |
Sual: Salam , bosanmis adam xaricde nigaha daxil olmaq ucun burdan subayliq haqda sened almaq isteyir. Hemin senedde onun bosanmasi qeyd olunur yoxsa tek subay olmasi haqda melumat yazilir? |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z vur Seyran 050 3253701 |
|
|
|
|
20.12.2018 |
Yox Yox |
Sual: Salam ,men yoldasimdan 2016 ci ilde bosanmisam ,2 usagim var ,yoldasim 2 otaqli menzili menim adima kecirdib( bosanmamisdan evvel).Bosanandan sonra yene birlesdik ki, usagimizi biryerde boyudek amma yene de yola gede bilmirik .Yoldasim adima kecirtdiyi evi de usaqlari da menden geri teleb edir ,hetta meni hedeleyir ki evi mene vermesen qan tokecem . Usaqlarimdan biri sindromla dogulub.Ayrilsaq da aliment vermemek ucun usagimdan imtina edeceyem deyir. Indi ise men ondan ayrilib Rasiyadan Vetenime qayitmaq isteyirem ,ne pasportumu verir ,ne kimliyimi verir hem de hedeleyir meni. Ozunun ise evi var .Men ne etmeliyem ,komek edin.Evi qizimin adina kecirde bileremmi?Qizimin 12 yasi var. |
Cavab: Biz alıcı hüququnu qoruyuruq.Məsləhət:Vəkilə Z vurşSeyran 0503253701 |
|
|
|
|
18.12.2018 |
j j |
Sual: j |
Cavab: |
|
|
|
|
18.12.2018 |
Ülvi Xələfov |
Sual: Salam men Qaradaq Rayon Sahil qesebesinde yerlesen elektronika magazasindan soyuducu almisam soyuducunu mene 1650 manata satiblar lakin sonra sumqayit 5 ci mikrorayonda yerlesen elektronika maqazasinda hemin soyuducunun qiymetinin 990 manat oldugunu oyrendim indi men ne etmeliyem |
Cavab: Məsləhət:dövlət orqanına Z edin 195(2) və ya 4981504 |
|
|
|
|
15.12.2018 |
Səbilə Abdullayeva |
Sual: İyun ayında İrşad telecomdan kreditlə telefon almışam.aldıqdan 1 ay sonra enerji saxlamadığı üçün təmirə göndərmişəm. Bərpa edərək göndərdiklərini bildirdilər. Lakin 2 ay sonra yenidən eyni problem yaranıb. Bilmək istəyirəm ki, o telefonu yenisi ilə dəyişmək və ya bu günə kimi ödədiyom pulumu geri ala bilərəmmi? |
Cavab: Bəli hüququnuz varr Dövlət orqanına Z et.195(2).4981504 |
|
|
|
|
15.12.2018 |
Zahir Selimov |
Sual: Men magazadan siyezen brolerin gablasdirilmis toyugunu aldim, satici onu tereziye goyub cekdi,Men etiraz etdim, cunki gablasdirilmis toyugun cekisi ustunde gosterilir.Satici meniynen mubahise etdi ki, men firmadan toyugu ceki ile aliram,ve menim vaxtim yoxdu ki men onlari bir-bir cekim.Bu movzuda bizim mubahisemiz oldu.Men onu basa sala bilmedim.Gaynar xettin nomresini de biledim ki subut edim. Men ne etmrliyem? |
Cavab: Dövlət orqanına Z et Tel:195(2) və ya 4981504 |
|
|
|
|
11.12.2018 |
qurban sabanov |
Sual: biz tozsoran almisiq 2ilde qarantisi var gelib apzrmirlar xarab cixib masin getirib satirdi ozleri bakida volf firmasinda isleyirler deyirler gelmirik ne isteyirsiz edin hec kimden qorxmuruq |
Cavab: Dövlət orqanına Z edin tel:195(2) və ya 4981504 |
|
|
|
|
08.12.2018 |
Kenan Memmedov |
Sual: Salam men ailemdan bosanmaq isdeyirme bir denende ovladimiz var usaq kimd qala biler |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z et.Seyran0503253701 |
|
|
|
|
08.12.2018 |
Bextiyar Kazımov |
Sual: Salam menim bir nefere 18 min rus pulu 16 nan olan vaxtı borcum var idi .Sonradan hemin şexs eve dalımcan adamlarla gelib pulu 23faizden hesblayıb ve mene dedilerki menim bu oglana borcum var gel 414 manatlıg adına kredit alag menim tanışım var mende şexsiyeti verib qol çekdim .200 man ilkin ödeniş hemin şexs odedi.sonra xeber tutfumki adıma texminen 1800 manata qeder mal alınıb .Men 444 manat yeni borcumnan 30 manda artıg ödemişem.Hemen satıcınıda işden çıgartıblar ve qeyd etdiyi tel nömreleri pozublar menim nömrem saxlanılıb.İkk vaxt mennen erize formasında aldılarki veşleri aparılan ünvannan geri almasına razıyam.Ve sonra mene mehkeme qerar verdiki pul mennen alınıb hemen dükana ödenilsin.İndi hemin şexslerde pul ödemir.Sizce bu deleduxlug deyil ? Men ne etmeliyem |
Cavab: Sual bizə aid deyil.Vəkilə Z et.Seyran:0503253701 |
|
|
|
|
05.12.2018 |
feride babayeva |
Sual: salam men mehkemenin qerariynan werti almiwamsa icranin yanina hergun getmek vacibdi? |
Cavab: Vəkilə müraciət et.Seyran,tel:0503253701 |
|
|
|
|
04.12.2018 |
Elcin Veliyev |
Sual: Menim huquqlarim pozulub aldixim yeyinti mehsulun xarab olduqun isbat eladim cekde elimde pulum geri ala bilmirik bu neqeder duzgundu |
Cavab: Bizə yazılı ərizə ilə müraciət edin,həll edək vəya 195(2) zənq edin |
|
|
|
|
03.12.2018 |
Həsən Əliyev |
Sual: mənzilin qeydiyyatında olan şəxsin həmin mənzildən payı hansı maddələrlə tənzimlənir ? |
Cavab: Biz istehlakçı hüququnu qoruyuruq.Vəkilə müraciət et.Seyran tel:0503253701 |
|
|
|
|
25.11.2018 |
Romal Huseynov |
Sual: Salam.menim 2008 ci ilde adi visa kartim olub texnika bankda ve hemin kart onlarin sisteminin sehvinden borca gedib bugunde bilmisem hemin ilden onun ustune faiz gelir.bu barede men ne ede bilerem? |
Cavab: Köməyi İqtisdiyyat Nazirliyindən al.Tel:4981502 və ya 195(2) |
|
|
|
|
25.11.2018 |
Romal Huseynov |
Sual: Salam.menim atam 1995 ci ilde xidmeti vezifesini yerine yetirerken avtomobil qezasinda vefat edib ondan elavade agdam doyuslerinin istirakcisi olub.buna sehidlik statusu dusurmu ve hara muraciet olunmalidi |
Cavab: Biz alıcı hüququnu qoruyuruq.Hüquqşünas Seyranla əlaqə saxla Tel:0503253701 |
|
|
|
|
23.11.2018 |
Nurane Eliyeva |
Sual: Salam vekil sizden sorusmaq isterdim bizde order xidmeti verilib daimi etmek üçün hara müraciət edek xaiş edirem məlumat yazasiniz |
Cavab: Biz alıcı hüququ qoruyuruq.Vəkil Seyran bəyə Z edin 0503253701 və ya 0124088298 |
|
|
|
|
18.11.2018 |
Samir Abdullayev |
Sual: Salam men palto almisam , qebzin ustunde 14 gun erzinde deyishdirile biler yazilib . Bilmek isteyiremki men bu mali qaytara bilmeremki ? yalniz deyishdirmek ? |
Cavab: Dəyişməyə mal olmasa qaytarmaq hüququnuz var.kassa çeki,malın etiketlərinin olması zəruridir.
|
|
|
|
|
03.11.2018 |
Nicat Duleymanli |
Sual: Salam hormətli huquqşunaşlar..Menim bir qohum xanim 10 ilden cox bir idarede ştatdan kenar iśleyirdi.10 il ərzinde hardasa alti yeddi ay ştatda işledi,sonra ərizə yazdirib başqa bir quruma ştatdan kenar işə qəbul olundu.Təşkilatin ūmūmi mudiri birdi sadəcə o təşkilatin bir necə quruma var,hamisida qurumlar bir yerdədi.Evvel 8 saatliq iş rejimi idi amma 12 saat işleyirdiler,sonra 12 saata qol cekdirdiler ve maaş 210m amma.300m alirdilar..Işde smenle idi gece ve gunduz...Kecen ilin may ayinda bu xanima yene işden cixmaq barede erize yazdirib başqa bir şobeye kecmesi barede...Hetda soz vermişdiler ki,maaş artacaq..Bu gune qeder hec bir maaş artmadi,dahada 300m az maaş almaqa başladi, sonra şobe mudiri caqirib ki,bes erizeni yaz işden cix,guya sokroweniyadi,amma hemen vezifeye elave 4 işci goturulur.Xanim bilmek isteyir bu halda ne ede biler ne teleb ede bilər.Əvvelceden minnetdarliqimi bildirirem..Onuda diyim xanim birinci gun erize yazmalidi..Neynesin??? |
Cavab: Sosial Mudafia Fonduna muraciet edin |
|
|
|
|
02.11.2018 |
Roza Agazade |
Sual: Salam sovestski erazisinde yawayirig. sokulur biz teref. qazla probleem var. komisiyadan gonderilen qazcilar deyirlerki plomb qirilib qaynar xette zeng eliyin gelib duzeltsinler. zeng elemiwig bir iki hefteye gelib baxmalidilar. bu hadise qonwunun bawinada gelib straf yaziblar. bawaduwmurem men niye straf odemeliyem saygac qapinin agzinda o saygacdan qazcilar mesuliyet daniwiyir cunku coldedi.eger evimin icinde olsaydi o saygac ona men cavabdeh olardim. men gerek her saat saygacin yaninda durumki ona hecne olmasin. bu ne geder duzgundur? bu barede hara wikayet ede bilerem? mene komek edin zehmet olmasa. komisiyadan gelen qazcilar dedilerki butun yasamalda bu hadise yaranib. demeli ele bawaduwuremki ozleri spicialna ediblerki camaatan pul qopartsinlar((((( |
Cavab: Hər halda ekspert Nüsrət Qasımovla əlaqə saxlayın - 050-384-20-21
ve ya Energetika Nazirliyine muraciet edin.
|
|
|
|
|
30.10.2018 |
Ferid Qasimov |
Sual: Salam qardas. Yasadigim unvanin qaz saygacini bizim istirakimiz olmadan yoxlayib saygacin icinde deliy oldugunu akta yazib 75 yasli neneme imza cekdirib gedibler 1 ay sonra saygac kartina 2000 manat cerime yazilib hal hazirda karta yuklenen meblegin 80 faizini borca cixirlar. Qeyd edimki saygac kucede, blombu ustunde ne saygaci yoxladiglari vaxt istirakimiz olub nede labaratoriyada. Bize komey ede bilersinizmi? Evvelceden tesekkur |
Cavab: Hər halda ekspert Nüsrət Qasımovla əlaqə saxlayın - 050-384-20-21
ve ya Energetika Nazirliyine muraciet edin. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15 16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|